Əfv Komissiyasının növbəti iclası həftə sonu keçirilə bilər - AÇIQLAMA

25-02-2019, 11:56           
Əfv Komissiyasının növbəti iclası həftə sonu keçirilə bilər - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası həftə sonu keçirilə bilər.

Bu barədə Azvision.az -a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Bildirib ki, bu günə qədər Əfv Komissiyasına yüzlərlə müraciət daxil olub.
"Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ona görə komissiyanın növbəti iclası həftə sonunda baş tuta bilər".

Qeyd edək ki, bu ilin mart ayında, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.