Səudiyyə kralının Qahirədəki çıxışı təəccüb doğurub

25-02-2019, 12:12           
Səudiyyə kralının Qahirədəki çıxışı təəccüb doğurub
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Qahirədəki Avropa Birliyi və Ərəb Dövlətləri Liqası sammitindəki çıxışı təəccüb doğurub.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Ər-Riyadın Fələstinlə bağlı dəyişməz mövqeyini şərh edən kral, Fələstin məsələsinin müzakirəsində qəbul edilən şərtlərə zidd olan "1937-ci il sərhədində" ifadəsindən istifadə edib.

"Biz 1937-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq da daxil olmaqla Fələstin xalqının bütün qanuni hüquqlarını bərpa etmək məsələsindəki dəyişməz siyasətimizi yenidən təsdiqləyirik", - Bin Abdulaziz deyib.

Qeyd edilir ki, kral əvvəlcədən hazırlanmış mətni oxuyub.

Səudiyyə Ərəbistanı və İsrail bununla əlaqədar şərh verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.