GDU-nun rektoruna ağır ittihamlar - Prezidentə müraciət olundu ŞİKAYƏT

19-03-2019, 08:37           
GDU-nun rektoruna ağır ittihamlar - Prezidentə müraciət  olundu ŞİKAYƏT
Teref.az olaraq sosial şəbəkəkələrdə yayımlanmış Gəncə Dövlət Universitetində baş verən biabırçı hadisələrlə bağlı prezidentə edilən şikayət məktubunu oxuculara təqdim edirik. Şikayəytçi Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovu bütün bu cinayətlərə göz yummaqda ittiham edərək, prezidentdən Yusif Yusibovun əməllərinin araşdırılmasını xahiş edir! Şikayətçi Əbru Məmmədli yazır:
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV cənablarına
Gəncə Dövlət Universitetinin Coğrafiya
kafedrasının əməkdaşları tərəfindən
Ə R İ Z Ə

Cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasının dosent əvəzi Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edilmişdir.
Bu məsələ ilə bağli olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının -Sədri, akademik A.Ş.Mehdiyev tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna 06.10.2016-cı il tarixdə məktub göndərilmişdir. Bundan sonra, universitetdə keçirilən iclasda aşağıdakı məzmunda qərarlar qəbul edilmişdir:
1.Əhmədli Arifə Abbasəli qızının "Torpaq coğrafiyası fənnindən çöl təcrübələrinin aparılmasına dair" metodik göstərişi plagiat hesab edilsin.
2.Yuxarıda adı çəkilən dərs vəsaiti universitetin tədris prosesindən çıxarılsın, habelə kitabxanadan ləğv olunsun.
3.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edildiyindən Əhmədli Arifə Abbasəli qızı dosent vəzifəsindən baş müəllim vəzifəsinə keçirilsin.
4.Əhmədli Arifə Abbasəli qızının tədris-metodiki işlərində böyük həcmli plagiat faktlarının aşkar olunmasına görə Azərbayan Respublikası Təhsil Nazirliyinin 05.07.2016-cı il tarixli Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat hallarına qarşı mübarizə tədbirləri haqqında 464 saylı əmrinin 5-ci bəndini rəhbər tutaraq Arifə Abbasəli qızı Əhmədli ilə bağlanmış əmək müqaviləsinə xitam verilsin.
Maraqlıdır, verilmiş əmr bu günə kimi icra olunmamışdır.Rektor Yusif Yusibov humanistlik göstərərək bu əmri yerinə yetirməmiş, habelə Təhsil Nazirinin əmrinə qarşı çıxaraq bu əmrin 4-cü bəndini icra etməmişdir.
Bundan sonra, 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr vəzifəsini icra edən Vəli Hüseynov tərəfindən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova aşağıdakı məzmunda ikinci məktub göndərilmişdir:
Hörmətli Yusif müəllim!
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 15.02.2017-ci il tarixli iclasında Sizin rəhbərlik etdiyiniz Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Coğrafiya kafedrasının dosenti Əhmədli Arifə Abbasəli qızının apelyasiya ərizəsinə (25.06.2016) baxılmış və tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyi və yer elmləri üzrə ekspert şurasının təkrar mənfi rəyi nəzərə alınaraq,iddiaçıya "Coğrafiya" kafedrası üzrə dosent elmi adı verilməsindən imtina edilməsi haqqında Kollegiyanın 16.06.2016-cı il tarixli qərarı qüvvədə saxlanılmışdır.
Gələcəkdə Ali Attestasiya Komissiyası qarşısında Elmi adlar verilməsinə dair vəsatət qaldırarkən belə halların təkrar olunmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi diqqətinizə çatdırılır.
Hörmətlə,
Sədr vəzifəsini mvəqqəti icra edən Vəli Hüseynov
Bu əmr də icra olunmyıb.Müəllimliyə tam yararsız,ali təhsil haqqında diplomu saxta,elmi əsərləri saxta,dəfələrlə əlində rüşvət tutulmuş,qadına yaraşmayan nalayiq hərəkətləri dəfələrlə universitet elmi şurasında müzakirə obyekti olan,Yeni Azərbaycan Partiyasından qovulan və yenidən İslam partiyasına üzv qəbul edilən Əhmədli Arifə Abbasəli qızı üçün onun işlədiyi kafedranın razılığı olmadan yenidən dosent yeri üçün elan verilmişdir və o bu yeri tutmaq üçün sənəd təqdim etmişdir.Halbuki o bu yerə 5 ilə kimi sənəd təqdim edə bilməz və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə baglı qərar qəbul edilmişdir.
Fakültənin dekanı Urfan Həsənov bu müəlliməni saxta yollarla fakültə elmi şurasına üzv belə seçdirmışdir.
Arifə Əhmədli həmişə kafedrada normal iş ahəngini pozur,qadına yaraşmayan söyüşlər söyür.Bu günlərdə onun imtahanı da ləğv olunmuşdur.Belə ki,Arifə Əhmədlinin dərs dediyi qrupun imtahan nəticələri obyektivliyi təmin etmək üçün həmin kafedranın baş müəllimi Nəsibə müəllimə tərəfindən yoxlanılmışdır.Arifə Əhmədli əvvəlcədən bir qrup oxumayan tələbə ilə əlaqəyə girərək,onlardan pul almış və Nəsibə müəllimə ilə əlaqəyə girərək həmin tələbələrə qiymət yazdırmışdır.Savadlı tələbələr isə imtahanda kəsilmişdir.Bu kəsilən tələbələrin müraciətindən sonra imtahan nəticələri ləğv olunmuşdur,lakin ortada ciddi rüşvət faktlarının olmasına baxmayaraq Arifə Əhmədli barədə heç bir tədbir görülməmişdir.
Cənab Prezident, xahiş edirik ki,bu biabırçılıqlara göz yumaraq təhsil nazirliyinin əmrlərinə tabe olmamaqda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun məqsədinin nə olduğunun araşdırılması barədə göstəriş verəsiniz.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.