Xaləddin İsgəndərov həmkəndlilərinə peyin iylədir - Onun kənddə tikdirdiyi villa yarımçıq qalıb...

28-10-2015, 11:29           
Xaləddin İsgəndərov həmkəndlilərinə peyin iylədir - Onun kənddə tikdirdiyi villa yarımçıq qalıb...
Adətən ətrafdakılar dəstəyi mənsəb sahibləri, vəzifə adamlarından gözləyirlər. Çünki onlar kömək etmək üçün daha böyük imkanlara sahibdirlər.

Nə yazıqlar ki, əksər vaxtlar bizdə vəzifə adamları ətrafa bunun əksini nümayiş etdirirlər.

Bu günlərdə redaksiyamıza Goranboy rayonu Xan Qərvənd kəndindən Bakının Binəqədi rayonunun icra başçısı, əslən həmin kənddən olan Xaləddin İsgəndərəvovla bağlı narazılıq yaradan məlumat daxil olub.

Çox uzatmayacağıq: məlum olur ki, hörmətli Xaləddin İskəndərov doğulduğu kəndin düz ortasında böyük ferma tikdirib.

İnsanlara məxsus pay torpaqlarını alan “cənab başçı” əslində qanunları da pozub. Çünki bu torpaqlar təyinatı üzrə istifadə olunmursa, qanunvericiliklə geri alınmalıdır.

Bundan başqa, kəndin düz ortasında tikilən ferma bütün ətrafa peyin iyi yayır. Elə həmkəndliləri də Xaləddin İsgəndərəvovun sayəsində peyin iyini hər gün iyləməli olurlar.

Onunla bağlı daha bir məlumat bundan ibarətdir ki, Binəqədidə çoxmərtəbəli binada yanğın baş verməzdən əvvəl yenə Xan Qərvənd kəndində böyük villa tikdirirmiş...

Ancaq məlum faciədən sonra həmin villanın tikintisi dayandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.