Kresloları “Silkələnən” İcra Başçıları Kimlərdir? GƏLİŞMƏ

21-03-2019, 15:05           
Kresloları “Silkələnən” İcra Başçıları Kimlərdir? GƏLİŞMƏ
XəbərAl.az xəbər verir ki, son günlərdə cənab prezident İlham Əliyevin bölgələrdən gələn şikayət məktublarını şəxsən özü qəbul edib , şəxsən nəzarətində araşdırılması bir neçə rayonlarda İcra Hakimiyyəti başçılarının ölkə prezidenti ilə vətəndaşlar arasında aşılmaz sədd olduqlarından xəbər verir.

Kabinet və kreslolarına arxayınca oturan İcra hakimiyyətlərinin başçıları nəinki, vətəndaşların müraciətinə baxmaq , hətta vətəndaşları qəbul edib dinləməyə belə vaxt ayırmaq istəmirlər. Lakin , cənab prezidentin vətəndaş-dövlət dostluğu xətti ilə yürütdüyü siyasət bir neçə İcra başçılarının ürəyinə vəlvələ salıb, kresloların laxladıb. Beləki, etibarlı mənbələrdə bildirirlərki, yaxın günlərdə vəzifələrini itirəcək İcra başçıları məlum olub.

Mənbənin verdiyi məlumata görə, bunlardan vətəndaşlar tərəfindən cənab prezidentə daha çox şikayət daxil olunmasına görə rekorda imza atan Bərdə rayon İcra hakimiyyəti başçısı Vidadi İsayev Novruz bayramından sonra kabineti ilə vidalaşacaq İcra başçılarının öndə gedənlərindəndi. Mətbuatda tez-tez Şəhid ailələrini, müharibə veteranlarını incitməkdə , “özəlləşdirdiyi” kabinetinin qapısından qovmaqdan belə çəkinməyən Vidadi İsayev nəhayətki, vəzifəsini itirməklə rayon sakinlərini arzusuna çatdırmış olacaq. Çünki, vətəndaşları incidən bir icra başçısı şərhsiz-izahsız ölkə rəhbərinində etimadını itirmiş olur.



Həm ölkə rəhbərinin, həmdə vətəndaşların etimadını itirən Yardımlı rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərovda kabineti ilə yollarını ayırmalı olacaq. Beləki, Qazax rayonunda İcra hakimiyyəti başçısı olarkən Qazax rayona “divan” tutan Ayaz Əsgərova cənab prezident səhvlərini düzəltmək üçün ikinci şansı verərək Yardımlı rayonuna İcra başçısı təyin etdi. Lakin , Ayaz Əsgərov Yardımlıdada nə səhvlərini düzəltdi, nə də cənab prezidentin etimadını qazana bildi.

2006 ci ildən bugünə kimi Hacıqabul rayon İcra başçısı Muxtarov Əhməd ən qocaman İcra başçılarındandırki, 13 ildir vəzifəni zəbt etmişdir. XəbərAl.az və digər mətbu orqanlara vətəndaş şikayətlərinin ardı arası kəsilməyən Əhməd Muxtarovda çox yaxın zamanda kreslonu tərk edəcək İcra başçılarındandır.

Mənbənin verdiyi məlumata görə Qazax rayon İcra başçısı Rəcəb Babaşovun özü ilə bərabər köməkçisidə vətəndaşlara qənim kəsilib. Zaman zaman İcra başçısının əməllərindən mətbuata Qazax sakinlərindən intihar xəbərləri , vətəndaş şikayətləri ardı-arası kəsilmədən müraciətlər ünvanlanmaqdadır. Bu kimi səbəblərdən Rəcəb Babaşov artıq vəzifəsini itirmək astanasındadır.



Aldığımız məlumata görə eks-vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub, lakin sonradan cənab prezidentin sərəncamına əsasən Fazil Məmmədov vəzifəsini itirdikdən sonra Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Fazil Məmmədova qarşı çıxıb, hətta onu Şəmkirdən qovmağa müvəffəq olub. Aralarında gedən böyük mülk davası nəinki Şəmkir camaatını , hətta yuxarıları belə çaş-baş salıb. Bu səbəbdəndə artıq Alimpaşa Məmmədov “qara siyahı”da olan İcra başçılarındaır ki, oda vəzifəsini itirmək üzrədir.

XəbərAl.az -etibarlı mənbəyə istinadən xəbər verir ki, İmişli rayon İcra başçısı Vilyam Hacıyev İmişli rayonunda 1 qarış torpaq qoymadan hamısı sataraq bir növ torpaq alveri ilə məşğul olur. Demək olarki, İmişli rayonda heçbir abadlıq-quruculuq işləri görülməyib, nəinki, abadlıq-quruculuq hətta, vaxtı ilə pambıqçılığın məskəni olan İmişli rayonu öz üzərinə düşən pambıq planını dövlətə verə bilmir. Bununla bağlı cənab prezidentin iştirakı ilə keçirilən regional iclaslarda dəfələrlə Vilyam Hacıyevə xəbərdarlıq edilmişdir. Məhz bu səbəbdən Vilyam Hacıyevində yaxın günlərdə öz postunu itirəcəyi gözlənilir.

Kürdəmir rayonundan öncə Tərtər rayonunda icra başçısı işləmiş Ceyhun Cəfərov o rayonda insanların böyük nifrətini qazanmış , Tərtərdən Kürdəmirə İcra başçısı olaraq yola salınanda rayon sakinləri sevindiklərindən qurban kəsib, nəzirlər vermişdilər. Öz hegomonluq missiyasını Kürdəmir rayonundada davam etdirən Ceyhun Cəfərov hal-hazırda Kürdəmir camaatınıda təngə gətirib. Vətəndaşları, sahibkarları incidən Ceyhun Cəfərovdanda həm ölkə rəhbərliyinə, həmdə metbuata şikayətlərin ardı-arası kəsilmir.

Ağstafa rayon İcra başçısı Məhərrəm Quliyevin adı daima öz müavini Ramiz Tatarovla qalmaqalda hallanır, hər iki məmur nəisə bölüşdürə bilmədiklərindən rayonun və rayon sakinlərinin problemləri demək olarki, unudulub. Ağstafa rayonundan gələn məlumatlara görə İcra başçısı Məhərrəm Quliyevin qəbuluna düşüb, problemini deyə bilən şəxs dünyanın ən şanslı insanı sayılır. Daim vətəndaşları düşünən ölkə rəhbərinin siyasətinə zidd olan, vətəndaşları dövlətdən narazı salan Məhərrəm Quliyevdə yaxın günlərdə vəzifədən getməklə Ağstafa camaatını sevindirmiş olacaq. Mənbə bildirirki, Məhərrəm Quliyevin vəzifədən getmə xəbərini eşidən müavin Ramiz Tatarov İcra başçısı postunu tutmaqdan ötrü əlindən gələni əsirgəmir ki, “Kaş arzusu ürəyində qalmasın”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.