Akif Əsgərov da Eldar Mahmudovun qohumuna vəzifə veribmiş

28-10-2015, 12:57           
Akif Əsgərov da Eldar Mahmudovun qohumuna vəzifə veribmiş
Sabiq MTN şefi Eldar Mahmudovla bağlı qalmaqallar davam edir. Artıq proses Rabitə və Yüksək Texnologiyalar Nazirliyini əhatə etməyə başlayıb. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Mahmudovun qohumu olan, BTRİB-in rəisi Beytulla Hüseynovun həbsindən sonra prosesin genişlənəcəyi gözlənilirdi. Lakin proses bi qədər yubandı və növbəti həbs xəbəri dünən gəldi.

Bildirək ki, dünən yayılan xəbərlərə görə, RTYİN-in Aparat rəhbəri Vidadi Zeynalov həbs olunub. Nazirlik hələ də məlumatı nə təsdiq, nə də təkzib edir. Əksinə, susqun qalmaqla xəbərin doğruluğunu təsdqiləmiş olur. Vidadi Zeynalovun hansı səbəbdən həbs olunduğu məlum deyil. Amma belə ehtimallar var ki, Zaynalovun qardaşı MTN-də heç də kiçik post tutmur və məlum səbəblərdən bu yaxınlarda da işdən azad edilib.

Lakin gedişat onu deməyə əsas verir ki, proses təkcə bir-iki nəfərlə yekunlaşmayacaq. Bu həbs və işdən çıxarmalar rabitə sektorunu daha geniş əhatə edəcək. Çünki ortaya çıxan xəbərlərdə keçmiş MTN şefi Eldar Mahmudovun adamlarının bu sahəyə geniş sirayət etdikləri aşkarlanmaqdadır.

JAM.AZ xəbər verir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovun da durumu yaxşı deyil. Bir tərəfdən vətəndaşların haqlı şikayətləri, digər tərəfdən işçilərin total narazılığı, korrupsiya hallarının olması və digər məsələlər TKQ rəisinin başağrısına çevrilib. Ancaq bundan daha vacib olan bir başqa məsələ daha var ki, həmin iş Əsgərovu həbsə qədər aparıb çıxara bilər.

JAM.AZ-a verilən məlumata görə, sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumunun Sumqayıt TKQ-da şöbə rəisi olması Akif Əsgərovun əsas probleminə çevrilib. Gələn xəbərlərə görə, Əsgərov Mahmudovun xahişini yerinə yetirməklə böyük səhvə yol verdiyinin fərqinə varıb. Eyni zamanda, bu, onun ikinci ən böyük səhvlərindən biri sayılır artıq. Belə ki, Akif Əsgərov hələ xeyli əvvəl də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də yaxın əlaqlərə malik idi. Bu məsələ mətbuatda bir xeyli çək-çevir olunsa da, onu işdən çıxarmadılar və indiyə qədər TKQ-ya rəhbərlik edir.

Baş verənlərin təhlilindən sonra belə bir ehtimal irəli sürmək olar ki, Akif Əsgərovun Fərhad Əliyevlə əlaqəli olmasına rəğmən, belə mühüm postda qala bilməsi elə Eldar Mahmudovun sayəsində mümkün olub. Çünki rabitə sektoruna həddindən artıq səviyyədə sirayət etmiş keçmiş nazir, Sumqayıt kimi strateji yerdən imtina edə bilməzdi. Akif Əsgərovun da “günahlarının çoxluğu” Mahmudovun işinə yarayıb və bununla da razılaşmada çətinlik olmayıb. Yenə qeyd edirik ki, bu sadəcə ehtimaldır. Reallığın konkret olaraq nədən ibarət olması hələlik məlum deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.