Polis rəisinin polis oğlu yüksək sürətlə radarlarda- FOTO

23-03-2019, 08:55           
Polis rəisinin polis oğlu yüksək sürətlə radarlarda- FOTO
Azərbaycanda bir çox yüksək çinli məmurların övladlarının yol-hərəkəti qaydalarını pozması və bunun ağır faciələrə səbəb olmasına dair mediada zaman-zaman xəbərlər yayılır.

Valideynlərinin tutduğu mövqeyə arxalanan bu cür şəxslərin törətdikləri əməllər sonradan onların ictimai qınaqla üzləşməsi, həbsi və bəzi halarda arxalandıqları insanların vəzifədən atılması ilə nəticələnsə də zaman-zaman bu tipli adamların avtoxuliqanlıq hərəkətləri təkrarlanır.

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Əkbər İsmayılovun oğlu Ülvi İsmayılov da belələrindəndir.

Gununsesi.org-a daxil olan bir məlumatda Ülvi İsmayılovun tez-tez yol hərəkəti qaydalarını pozması, sürücü kimi qanunlara məhəl qoymadığı bildirilir.

Redaksiyamıza təqdim olunan bir sənəddə rəis oğlu barəsində deyilənlərin həqiqət olduğu da təsdiqlənib.



Belə ki, Bakı-Şamaxı yolunun 84.6 km-də sürət həddi 90 km/saat müəyyən olunan yolda Ülvi İsmayılov özünə məxsus 10 TO 020 dövlət qeydiyyat nömrə nişanlı “Porsche Panamera” maşını ilə sürət həddini aşaraq 149 km/saat -la radara düşüb.

Ülvi İsmayılovun qanunları pozmasında təəccüb doğuracaq məqamlardan biri də onun özünün də polis orqanlarında çalışmasıdır.

Bildirilir ki, ay ərzində bir neçə radar və kameralara yaxalanmaq Ülvi İsmayılovun avtomobili üçün adi haldır.

Yuxarıda yazılanlanlarla bağlı Əkbər İsmayılovun özünün və oğlunun da mövqeyini işıqlandırmağa hazırıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.