MTN-lə əlaqəsi üzə çıxan Rafil Hüseynovun can çəkişməsi - İcra başçısının oğlu “qara siyahıda”

28-10-2015, 15:08           
MTN-lə əlaqəsi üzə çıxan Rafil Hüseynovun can çəkişməsi - İcra başçısının oğlu “qara siyahıda”
MTN-lə əlaqəsi üzə çıxan Rafil Hüseynovun can çəkişməsi, bu günlərdə sərəncam oxunacaq

Masallının icra başçısı Rafil Hüseynovun bu günlərdə sərəncamı oxunacaq. Sözügedən şəxsin işdən çıxarılması artıq qətiləşib.

Rafil Hüseynovun hansı səbəbdən işdən çıxarılması məsələsinə gəlincə bununla bağlı iki versiya var. Birinci versiya ondan ibarətdir ki, artıq yuxarı dairələr icra başçısının rayonda dözülməz vəziyyət yaratdığını bilir, üstəlik indiyə qədər onun Masallıda heç bir iş görmədiyi səbəbindən narazılığa səbəb olub.

Digər versiya isə kifayət qədər ilgincidr. Hüseynovun işdən alınmasının digər səbəbi oğlunun MTN-də işləməsidir. Hətta belə bir iddia da var ki, oğlu MTN-in Monitorinq Mərkəzində bölmə rəisi olub. Ki, həmin mərkəzin rəhbəri, general Teymur Qasımov və daha bir neçə işçisi həbs olunub və dövlətə xəyanətdə ittiham edilir. Əgər həqiqətən də Rafil Hüseynovun oğlu qeyd olunan bölmədə işləyirsə, onun da istintaqa cəlb edilə biləcəyi istisna edilmir. Eyni zamanda, bu məsələnin bir ucu da gəlib atası, Masallının icra başçısı Rafil Hüseynova toxunacağı şübhəzidir.

Jam az-ın apardığı araşdırmalara görə, Rafil Hüseynovun oğlunu MTN-ə işə düzəldən şəxs isə sözügedən nazirliyin Masallı şöbəsinin sabiq rəisi olub. Belə ki, bu yaxınlarda sabiq nazir Eldar Mahmudovun işi ilə əlaqədar işdən çıxarılan rəis bir xeyli əvvəl icra başçısının nazirlikdə işə düzəlməsinə yardımçı olub. O da deyilir ki, MTN-in Masallı şöbəsinin rəisinin işdən çıxarılmasına səbəb onun Eldar Mahmudovun ən etibarlı kadrlarından biri olmasıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.