Eldar Mahmudovun gizli bankiri ev dustağı edilib?

28-10-2015, 23:06           
Eldar Mahmudovun gizli bankiri ev dustağı edilib?
ABB-in rəhbəri Cahangir Hacıyev vasitəsiylə Eldar Mahmudovla dostluq yaradan Bəhman Qurbanzadə sonunda MTN şefinin gizli bankirlərindən birinə çevrilibmiş. Azərbaycanda İslam bankının rəhbəri olan Bəhman Qurbanzadə haqqında şok məlumatlar gündəmə gəlməyə başladı. Aparılan araşdırmalar zamanı məlum olub ki, Bəhman Qurbanzadənin rəhbəri olduğu bank Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin sifarişlərini həyata keçirən əsas fiqur olub. Onun missiyası sadəcə olaraq çirkli pulların yuyulması və pulların ölkədən çıxarılması olub.

Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə Bəhman Qurbanzadənin İranla da sıx bağlılığının olduğu deyir və İrana qarşı embarqo sərt şəkildə tətbiq olunanda belə, o, İrandan gətirilən çirkli pulları yumağa risk edirmiş. İndi aydın olur ki, bankirin belə riskli addımlar atmasının səbəbi MTN-in keçmiş şefi Eldar Mahmudov imiş. Mənbə bildirir ki, ABB-in rəhbəri Cahangir Hacıyev vasitəsiylə Eldar Mahmudovla dostluq yaradan Bəhman Qurbanzadə sonunda MTN şefinin gizli bankirlərindən birinə çevrilib. Əsas missiyası isə qanunsuz yollarla əldə olunan milyonlarla manat pulu ölkədən çıxartmaq və yuyulma prosesini həyata keçirtmək olub.

Bunun qarşılığında isə bankir milyonlara sahib olub və dəbdəbəli həyat sürməyə alüdə olan bu şəxsin adicə saatının dəyərinin 250 min manat olduğu söyləniliur. Bu gün isə Bəhman Qurbanzadə çıxılmaz duruma düşüb və onun da yaxın günlərdə həbs olunacağı gözlənilir. Hələlik isə onun ölkədən çıxışına yasaq qoyulub. Xatırladaq ki, Bəhman Qurbanzadə uzun illər Cahangir Hacıyevin rəhbərliyi ilə Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.