Rövşən Rzayevin qardaşına cinayət işi açılan deputata vəzifə verməsinin gizlinləri

22-04-2019, 08:29           
Rövşən Rzayevin qardaşına cinayət işi açılan deputata vəzifə verməsinin gizlinləri
Deputat Mahir Abbaszadənin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilməsi səbəbi indiyə qədər ictimaiyyətə qaranlıq qalıb.

Cahan.info xəbər verir ki, laçınlı məcburi köçkünlərin sosial problemləri ilə maraqlanmayan bir deputatın Fond direktoru kimi hansı effektiv fəaliyyət göstərəcəyi sual doğurur.

Ümumiyyətlə, “Qaçqınkom” sədri Rövşən Rzayevin M.Abbaszadəyə vəzifə verməsi narazılıqla qarşılanıb. Onun indiyə qədər Laçın sakinləri üçün heç bir iş görmədiyi halda Fond direktoru postunda olması etiraz doğurub.

Çünki ötən ilin noyabrından bəri M.Abbaszadə Fondun rəhbəri kimi hər hansı diqqət çəkən iş görməyib. Onun fəaliyyətsizliyi o dərəcədə nəzərə çarpır ki, “facebook” səhifəsində cəmi 3 min dostu var.

Deputatın yüz minlərlə seçicisi, minlərlə sosial şəraiti ağır olan laçınlı məburi köçkün var. Amma Laçının deputatı nə millət vəkili, nə fond direktoru kimi vətəni işğalda olan insanlara köməklik eləmir.

Bu həmin deputatdır ki, qardaşı vəzifə saxtakarlığına görə məsuliyyətə cəlb olunub, cinayət işi açılıb. Söhbət Zahir Abbasdan gedir.

Vaxtilə müstəqil jurnalist Xəyyam Salmanzadəyə “facebook”dan təhqirlər yazan, deputat qardaşının fəaliyyətini tənqid etdiyi üçün ölümlə hədələyən Z.Abbasın əsl mahiyyəti göz önündədir.

Belə ki, “Nikoil Bank”ın bir neçə əməkdaşına qarşı cinayət işi açılıb. ONA.az-ın əldə etdiyi xəbərə görə, bankın Sumqayıt filialının müdiri Ruslan Talıbovun və digərlərinin qanunvericiliyin tələblərini pozması nəticəsində banka ziyan vurulması faktı üzrə şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filialın müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) cinayət məsuliyyətinə cəlb edilib.

O, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Fakt üzrə digər bank əməkdaşları - Fərid Məlikov və Rauf Əliyevə qarşı da cinayət işi başlanıb.

Zahir Abbas Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Mahir Abbaszadənin qardaşıdır.

İndi sual yaranır ki, qardaşına saxtakarlığa görə cinayət işi açılmış bir deputat xalqa nə xidmət göstərə bilər? M.Abbaszadə öz qardaşının əməllərinə baxıb xəcalət çəkməlidir.

Halbuki, üstümüzə şığıyırdı. R.Rzayevin belə bir reputasiyaya malik şəxsə Fond direktoru vəzifəsi verməsi olduqca qaranlıqdır.

Cahan.info xatırladır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondununun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi vəzifəsinə təyin edilən Hacıqulu Sadıqov da M.Abbaszadənin adamıdır.

2017-ci ildə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən korrupsiyaya əməllərinə görə qovulan Hacıqulu Sadıqovun yenidən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəyə təyinat alması heç də yaxşı qarşılanmayıb.

Hacıqulu Sadıqov haqqında ölkə mətbuatında heç də məmura yaraşmayan məlumatlar yayılıb. Hacıqulu Sadıqovun adı mətbuatın gündəminə 2 il öncə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəifəsində işləyərkən düşüb.

Həmin vaxt Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova adlı xanı “Qafqazinfo” saytına müraciət edərək Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia etmişdi.

Hacıqulu Sadıqov Mahir Abbaszadənin vasitəsi ilə Rövşən Rzayevlə görüşüb, ondan “xoş gəldiniz” cavabı alıb.

Yəni, Fondun direktoru M.Abbaszadənin əməlləri, seçicilərə münasibəti, qardaşının saxtakarlığı ortada olduğu kimi, yanına gətirdiyi kadr da qalmaqallı bir məmurdur.

Deputat Mahir Abbaszadənin Laçının 75.100 nəfər əhalisi olduğunu yadından çıxarıb.

Oxucular da yəqin ki yaddaşını qurdalayır və Abbaszadə kimliyində deputatı yada salmağa çalışır. Çünki Milli Məclisdə son dəfə hansı gündəlikdə duran məsələ barəsində çıxış etməsini heç












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.