Sumqayıtda adları jurnalda özləri qeyb olmuş şagirdlər – Təhsilimiz hara gedir?

23-04-2019, 15:55           
Sumqayıtda adları jurnalda özləri qeyb olmuş şagirdlər – Təhsilimiz hara gedir?
Bir müddətdir medianın gündəmindən düşməyən Sumqayıt təhsil ocaqları artıq son nəfəsini verməkdədir. Sumqayıt şəhər məktəblərində qanunsuzluqların pik həddə çatmasının yeni təyin edilən Təhsil Şöbə müdirəsi Arzu Alızadə qarşısını almaqda acizdir. Beləki, RTŞ-nin bəzi əməkdaşlarının himayəsinə çevrilən məktəblər var ki, orada baş verən qanunsuzluqlar məhz onlar tərəfindən gizlədilməsi təmin edilir deyə məlumatlı mənbə xəbər verir. Sumqayıt təhsilində köklü dəyişikliklərin ediləcəyi Arzu Alızadə Təhsil Şəbəsinə təyin edilədə böyük ümidlər yaratmışdı. Amma təəsüflər olsun ki, ümidlər puç oldu. A.Alızadə belə qanunsuz əməl sahiblərinə qarşı heç bir addım atmamaqla yanaşı hətta onların müdafiəsinə belə etməkdən çəkinmədi. Dəfələrlə telefon danışıqlarımızda baş verənləri inkar etməklə və onun təyinatından qabaq baş verənlərə laqeyd münasibət göstərməsi hecdə cəmiyyət tərəfindən bir mənalı qarşılanmadı. Qeyd etmək gərəkdir ki, sumqayıt Təhsil şöbəsinin bəzi əməkdaşları müvəqqəti olaraq məktəblərə təhkim edilmiş və boş qalmış direktor kürsülərinin idarəçiliyin həyata keçirməkdədirlər. Hətta qanun belə 3 aydan artıq əvəzetməyə imkan vermədiyi halda bu şəxslər illərdir direktor postlarınmda əyləşməklə yanaşı həmçinin RTŞ əməkdaşı kimidə fəaliyyətlərin sürdürməkdədirlər. Arzu xanım bunlara göz yuması təbii qəbul edilən məsələlər deyil. Əmək məcələsində
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcələsi haqqında qanun kobud şəkildə pozulmaqdadır. Buna misal olaraq, Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin direktor əvəzi Adıgözəlov Xalid Möhübbət oğlu (İdman müəllimi eyni zamanda RTŞ metodis işləməkdədir) normal iş vaxtının müddətindən artıq saat yazılmaqdadır. Bu isə qanun pozuntusudur. Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbin direktor əvəzi, Abdullayeva Həqiqət Mahid qızı (ibtidai sinif müəlliməsi)qanunsuz əməlləri barədə çox saylı şikayətlər və narazılıqları sonunda Təhsil nazirliyi tərəfindən yoxlama təhkim edildi. Lakin təhkim edilən yoxlamaya rəhbərlik edən Elxan Süleymanov yoxlama nəticələrini saxtalaşdırmağa müvəfəq oldu. Bunu ya bilərəkdə ya bilməyərəkdən etdiyini deyə bilməsəkdə Həqiqət xanım şəxsimizə bildirdiyinə görə Elxan bəyə hər ay “şirinlik” verdiyi üçün onun barəsində olan məlumatları heçkim nazirliye olduğu kimi təqdim edə bilməzmiş...Sizcədə bu korrupsiya halının varlığından xəbər vermirmi?.. xanım direktor əvəzi kimlərdən topladığı vəsitlə şirinliklər paylayır?
Hətta RTŞ belə 9 saylı məktəbdə baş verənlərin fərqində olduğu halda baş məsləhətçi Ulduz xanımın şəxsi maraqları ilə orada baş verənlər gizlədilməkdədir. Bunu biz deyil məktəb daxilindən deyirlər. H.Abdullayevanın həm RTŞ-də həm də regional maliyyə idarəsində himayədarları mövcudur.
Məktəb şagirdləri hardadır..? Nurlan Niyazlı (almaniyada) Məmmədov Məhəmməd (rusiyada) Rəşidə Məmmədova (almaniyada) bəs bunların yerinə dərsdərdən qiyməti kimlər necə alır ?

Məsələ ilə bağlı 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbər Elxan Süleymanova ünvanladığımız rəsmi məktubun qanunla təyin edilmiş müddətdən ötməsinə baxmayaraq bu günə qədər cavab verilməməsidə göz önündə olan faktlardandır. Vaxtı ilə Həqiqət Abdullayeva şəxsimizə bildirirdi ki, Elxan Süleymanova hər ay 1000(min) manat vəsait ödəməkdədir və buna görədə E,Süleymanov ona qarşı aşkarlanmış heç bir faktı media və Nazirliyə təqdim etməyəcəkdir. İlk öncə buna inanmaqda çətinlik çəksəkdə sonrakı proseslərdə bunu təstiq etməkdə davam edir. E.Süleymanovun 9 Saylı məktəbdə edilən yeyinti ilə bağlı mediaya məlumat verməməsidə məhz buna bariz nümunədir.

Həmçinin qeyd edək ki, Arzu Alızadə ilə yazıya münasibət bildirməsini xahiş etsəkdə 1 həftədir münasibət bildirilməməkdədir. Jurnalda adı olub özü xarici ölkələrdə yaşayan şagirdlərlə bağlı veridyimiz məlumatlarbarədə RTŞ müdirəsi Arzu Əlizadə belə susmaq qərarına gəlmişdir.
bakunews.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.