Sakinlər başçıya müraciət etdi... - GİLEY

10-05-2019, 12:19           
Sakinlər başçıya müraciət etdi... - GİLEY
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov belə davam edərsə, kürsüsündə ço otura bilməyəcək. Hər halda, son günlər Şəmkir şefi ilə bağlı şikayətlərin intensiv xarakter almasından belə anlaşılır. Bu şəraitdə isə paytaxtın Alimpaşa Məmmədova limitsiz hövsələ nümayiş etdirəcəyi heç də inandırıcı görünmür.

DİA.AZ-a müraciət edən Şəmkir sakinlərinin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Xatırladaq ki, bu barədə iddialar yerli KİV-də bir müddət əvvəl də səslənmişdi və başçının biznesi haqda ilginc faktlar ictimailəşmişdi.

Dia.az-a şikayətlənən sakinlər bildirir ki, dəfələrlə başçı ilə görüşməyə cəhd ediblər:"Əksər hallarda kabinetində olmur. Olanda da "toplantı var" deyirlər. Səyyar görüşlər də gizlin keçirildiyindən həqiqətən də dərdi olanların həmin qəbullardan xəbəri olmur".

Sakinlər redaksiyamız vasitəsilə başçıya müraciət də ediblər: "Biz dia.az vasitəsilə Alimpaşa müəllimə müraciət edirik ki, başçının qəbul otağını hamıya açıq etsin. Əks halda, biz prezidentdən kömək istəməli olacağıq".

İddia olunanlarla bağlı Şəmkir RİH-dən münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı. Amma yenə də qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.