QARABAĞ ƏLİLİ AVROPA MƏHKƏMƏSİNƏ ÜZ TUTUR - ALİ MƏHKƏMƏ QARABAĞ ƏLİLİNİN SURAXANI İCRA ŞÖBƏSİNƏ QARŞI ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

18-05-2019, 13:13           
QARABAĞ ƏLİLİ AVROPA MƏHKƏMƏSİNƏ ÜZ TUTUR  -  ALİ MƏHKƏMƏ QARABAĞ ƏLİLİNİN SURAXANI İCRA ŞÖBƏSİNƏ QARŞI ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB
15 may 2019 -cu ildə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda xanım Hüseynovanın sədrliyi ilə düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, Suraxanı icra məmuru Vüsal Əliyevin saxta məhkəmə qərarı tərtib etməklə pensiyasının yarısını, reabilitasiya vasitəsi olan avtomobilinin hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun Suraxanı icra və probasiya şöbəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını qüvvədə saxlayan qərardadından kassasiya şikayətinə baxılıb. Qarşı tərəf -Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin nümayəndəsi və icra məmuru Vüsal Əliyev yenə də məhkəməyə hörmətsizlik edərək iclasa qatılmayıblar. Birinci instansiyada -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Zaur Tağıyev ) və apellyasiya instansiyasında -Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyası (sədrlik edən hakim Afaq Nuriyeva) olduğu kimi ali instansiyada da cavabdeh Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin haqqını müdafiə edən elə hakimlər özləri olub. Təsəvvür edin, dövlət başçısı 45 gündür məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini əmr edib, amma cavabdeh Ədliyyə Nazirliyinin icra şöbəsinin haqqını 7 hakim qoruyur! Heç bir instansiyada tərəflərin çəkişmə prinsipinə əməl olunmayıb. Birinci instansiyada – 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi ötən ilin oktyabrında necə sifariş alıbsa, iclasa bildirişi onun vaxtından 7 gün sonra verib və köhnə tarixə saxta məhkəmə qərardadı qəbul edib. Bu hakimin məhkəmə -hüquq sisteminə verdiyi “bildiriş töhfəsi” əlil iddiaçını nəinki cavabdeh, heç ona vəkillik edən hakimlə də çəkişməyə imkan verməyib. Amma Bakı Apellyasiya Məhkəməsinin sədri Afaq xanım Nuriyevə olan üçlüyü ilə İddiaçı Qarabağ əlili necə çəkişibsə , bu yekəlikdə kollegiya Qarabağ əlili iddiaçının məhkəmə iclasında iştirak etmədiyini “qərardadlaşdırıb” . Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Sevda xanım Hüseynova olan ali üçlüyü də cavabdehin haqqını qorumalarını “haqqın təntənəsi” kimi dəyərləndiriblər. İstənilən halda, ali instansiyanın Qarabağ əlilinin qanpulundan, reabilitasiya vasitəsindən saxta icra vərəqi ilə məhrum edilməsini “haqqın təntənəsi” sayması heç bir ali məntiqə sığmır. Axı, belə ali haqq qərarı ilə Qarabağda canını -qanını qoyan əlilin qanpulu geri qaytarılmır, reabilitasiya vasitəsi olan avtomobili həbsdən azad olmur. Elə bu səbəbdən Qarabağ əlili Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmaq zorundadır.
Yerli məhkəmələr qan pulunu, reabilitasiya vasitəsi əmlakını bərpa etmirlərsə, Avropaya üz tutmaqdan özgə yol qalırmı?
MƏĞRUR BƏDƏLSOY
P.S. Avropadan qabaq Konstitusiya Məhkəməsinə də müraciət etmək gündəmdədir. ...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.