Xanımların əl qoyduğu Abşeron təhsilində Zakir Fərəcov faktoru

18-05-2019, 07:58           
Xanımların əl qoyduğu Abşeron təhsilində Zakir Fərəcov faktoru
Abşeron paytaxta yaxın olduğundundan daim diqqət mərkəzində olan bir rayondur. Bu rayonun kəndlərində vaxtı ilə, paytaxta yaxın olmasına baxmayıraq, kənd təsərrüfatı məhsulları yetişdirilib. Hazırda Sumqayıt şəhərinə başçılıq edən Zakir Fərəcovun Abşeron rayon İcra Hakimiyyətinin başçısı olduğu 2005-2015 ci illərdə rayonun kəndlərindəki torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün demək olar ki, tamamilə satıldı. Zakir Fərəcovun kadrı olan İradə xanım Gülməmmədova da bu işlərdə geri qalmayıb. İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin olunmasından sonra satılan torpaqlarda fərdi yaşayış evlərinin tikintisinə sərəncamın qiyməti qalxdı.Hazırda isə rayonda vəziyyət bir xetli dəyişib. Məlumatlara görə xanım başçı artıq büdcə təşkilatlarına da əl qoyub. Məlumatlarda başçının əl qoyduğu və müdir təyin etdiyi büdcə təşkilatlarından biri də rayon Təhsil Şövəsi olduğu bildirilir.

Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanı İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu vəzifəyə təyin etməsinin ikinci ili bu yaxınlarda tamam olacaq.Təhsil sistemi olaraq bu sahədə iki il müddətinə çox da böyük işlər görmək mümkün olmasa da, amma müəyyən qədər işlər görmək də mümkündür. Elə son illərdə dövrü mətbuatda və onlayn media resurslarında Abşeron rayonununı orta məktəblərində baş vermiş xoşagəlməz halları nəzərə alsaq onda burada işlərin heç də ürəkaçan olmadığını görmüş olarıq. Məlumat üçün bildirmək istərdik ki, Abşeron rayonunda 38-i tam orta məktəb olmaqla 1 ümumi orta məktəb və 1 məktəb-lisey fəaliyyət göstərir. Bu məktəblərin 10-u Xırdalanda olmaqla digərləri rayonun kənd orta məktəbləridir. Bakı şəhərinə yaxın olmasına baxmayaraq bu orta məktəblər mərkəzdən kənar olduğuna görə o qədər diqqət çəkmirlər. Məsələn Güzdək, Aşağı Güzdək, Pereküşkül, Çaylı, Digah, Səngəçal Görədil, Fatmai kimi kəndlərdə şagird və müəllimlərin dərsə davamiyyəti digərləri ilə müqayisədə çox aşağı səviyyədədir.Rayonun əsas diqqət çəkən məktəbləri Xırdalan, Ceyranbatan və Masazır qəsəbələrində yerləşir ki, bura da təhsilin keyfiyyəti o qədər ürəkaçan deyil.

Abşeron rayonundan bizə verilən məlumata görə, rayonun bütün ümumtəhsil məktəblərində şagirdlərə məcburi gündəliklər satılır. Maraqlı məqam budur ki, həmin gündəliklər məktəbli mağazalarında 1 manat olduğu halda, Abşeron məktəblərində məcburi qaydada 1.70 manata satılır. Bu günlərdə rayon məktəblərində İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın da şəkilləri yer aldığı gündəliklərin satılması barədə yayılmış məlumatlar da buna bir misal ola bilər. Məktəblərdə bildirilir ki,mağazalardan alınan gündəliklərin istifadəsinə icazə verilməyəcək. Şagirdlər də həmin gündəlikləri bazar qiymətindən baha – 1.70 manata almaq məcburiyyətində qalırlar. Deyilənlərə görə direktorlara bu göstərişi qeyrirəsmi olaraq Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova verib.
Bundan başqa Abşeron məktəblərində şagirdlər arasında summativ (qiymətləndirmə) keçirilir. Bunun üçün isə hal-hazırda şagirdlərin hər birindən 3 manat məbləğində pulyığma konpaniyası aparılır. Nəzərə alsaq ki, Abşeron rayonunda 40 məktəb var və həmin məktəblərdə 53 min şagird təhsil alır, onda yığılan məbləğin 150 min manatdan çox təşkil edir edir. Maraqlıdir, görəsənn bu məbləğ kimlərin cibinə gedir?

Bu gün Abşeron rayonu Təhsil Şöbəsinin müdiri kimi Nazilə Məmmədova rayonda Ali məktəblərə qəbul olunanların sayı ilə fəxr edə bilər. Heç kimə sirr deyil ki, bu gün yüksək bal toplayan şagirdlərin böyük əksəriyyəti repetitor yanında hazırlaşır. Onu xüsusilə vürğulamaq lazımdır ki, orta məktəblərdə dərs saatlarında müəllimlərin böyük əksəriyyəti sadəcə maaş xatirinə gedirlər. Əsl dərsi isə evlərdə, repetitor kimi keçirlər. Bu vaxt məktəb direktorları şagirdlərin repetitor yanına getməsi üçün ayda müəyyən olunmuş miqdarda pul alırlar ki bunu bir hissəsi də Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovaya çatır. Ali məktəblərə hazırlaşan şagirdləri dərs saatlarından ayırması , həmin şagirdlərdən və onları hazırlaşdıran repetitorlardan aylıq haqq alması , şagirdləri dərsdən yayınmasına səbəbkar olması nəinki məktəbdə təlim-tədris prosesini xeyli axsadıb, həmçinin pedoqoji kollektivdə, müəllimlərlə şagird və valideynlər arasında olan işgüzar və insani münasibətlərə xeyli zərər vurub. Odur ki Abşeron rayonunda təhsilin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə Təhsil Nazirliyinin bu rayona nəzarəti gücləndirməsinə böyük ehtiyac duyulur. Oxucuların diqqətinə çatdırdığımız Abşeron rayon orta məktəblərində baş alıb gedən özbaşınalıqların, qanunsuzluqların bir qismidir.

Aktualinfo.org onlayn qəzeti növbəti yazıda Nazilə Məmmədovanı icra başçısı ilə bağlayan yaxın qohumunun Zakir Fərəcovla şərikli biznesinə toxunacaq. Bizi izləyin.



Aktualinfo.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.