Dilqəm Əskərovun oğlu od püskürdü:“Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməkdən danışırlar”.

19-05-2019, 20:58           
Dilqəm Əskərovun oğlu od püskürdü:“Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməkdən danışırlar”.
“Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməkdən danışırlar”.
Bu sözləri 2014-cü ildən erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Şəmkir rayon İcra Hakimiyyətinin torpaq qalmaqalı ilə bağlı yaydığı açıqlamasına cavab olaraq bildirib.

K.Əsgərov Şəmkir İcra Hakimiyyətini haqsızlıqda ittiham edib:

“Mətbuat xidmətinin verdiyi açıqlama kökündən yanlışdır. Guya hər zaman bizim ailəni diqqət mərkəzində saxlayıblar. Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı gələndən bu yana nə qədər cəhd etsəm də onun qəbuluna düşə bilməmişəm. İndi isə Alimpaşa Məmmədovun mətbuat katibi açıqlama verir ki, Dilqəm Əsgərovun ailəsini hər zaman diqqət mərkəzində saxlayırlar. Hamısı yalandır”.

O qeyd edib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”un üzərində yerləşməsidir:

“Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.

K.Əsgərovun sözlərinə görə, Alimpaşa Məmmədovdan əvvəlki icra başçısı onlara lazımi kömək göstərib:

“Nazim Veysov bizim ailəyə hərtərəfli qayğı göstərib. Amma Alimpaşa Məmmədov bunu öz adına çıxmasın. O gələndən bircə dəfə də olsun İcra Hakimiyyətindən bizə “bəlkə hansısa probleminiz var”,- deyə soruşan olmayıb. Bunların hamısı cəfəngiyyatdır. Onlar ictimaiyyətə yalan məlumat verirlər”.

Qeyd edək ki, 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.