“AZAL”ın bazardakı dominant mövqeyi Bakıda keçiriləcək UEFA final oyunlarına kölgə salır....

25-05-2019, 21:54           
“AZAL”ın bazardakı dominant mövqeyi Bakıda keçiriləcək UEFA final oyunlarına kölgə salır....
“AZAL”ın bazardakı dominant mövqeyi, aeroportdakı xidmətlər, onların qiymətləri və tarifləri üzərində hökmranlığı Bakıya gediş-gəlişi çətinləşdirir.

”Reportyor.info” xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu bu barədə öz hesabında yazıb: Avropadakı azarkeşlər final oyunlarının Bakıya salınmasından narazılılıq edirlər.

Nəticədə Bakıda keçiriləcək UEFA final oyunlarından da ən çox qazanan gürcülər olacaq.

Azərbaycanın paytaxtında bir neçə gündən sonra keçiriləcək UEFA final oyunlarına dair müzakirələr yalnız daxildə deyil, həm də xaricdə qızışır. İngiltərənin “The Times” nəşrinin yaydığı məlumata görə, klublar onlara ayırılan biletlərin hamısını sata bilməyiblər. Belə ki, finala çıxan komandaların azarkeşlərinə ayrılan 12 min biletin cəmisi 8 mini satılıb, eləcə də “Ayntraxt”ın azarkeşləri aldıqları biletləri Azərbaycana qaytarıb. Əslində baş verənləri “Arsenal”ın futbolçusu Genrix Mxitaryanın oyuna qatılmaması ilə əlaqələndirmək düzgün deyildir. Baxmayaraq ki, bu məsələ ətrafında gedən müzakirələr Azərbaycanın nüfuzuna pis təsir göstərdi, Mxitaryanın adı ilə manipulyasiyalarda ermənilər yenə də üstün mövqe qazandı, əgər Mxitaryan bundan əvvəl Arsenalın Bakıda keçirdiyi 2 oyundan heç olmazsa birində iştirak etsəydi, yəqin ki, UEFA finalında iştirakdan imtina bağlı onun bəhanələri uğursuz, bizim arqumentlərimiz isə güclü görsənərdi.
Biletlərin Avropada az satılmasına gəlincə, onun başlıca səbəblərindən biri Avropadan, xüsusilə də Londandan Bakıya olan uçuşların az və uyğun olmaması ilə əlaqədardır. Belə ki, milyonlarla izləyiciləri olan Arsenalın Youtube kanalında gedən müzakirələrə görə Londondan Bakıya həftədə 2 dəfə uçuş vardır ki, onlar da oyun tarixlərinə uyğun deyildir. Odur ki, bu marşrutla Bakıya hərəkət edən ingilis azarkeş Bakıda ən azı 2 gün çox qalmaldır. Bu da təbii ki, əlavə xərcdir. Bu xərcləri Bakıda qarşılamaq hətta ingilislər üçün çətindir, çünki, paytaxtda ən çox ziyarətçi qəbul edən mehmanxanalar 5 ulduzlu brendlərdir ki, onların da qiyməti hətta ingilsi azarkeşləri üçün də yüksəkdir.
Göründüyü kimi, Azərbaycan ev sahibliyi etdiyi çox mötəbər idman yarışına hazır deyil. Baxmayaraq ki, son 15 ildə tikinti və nəqliyyat sektoruna 100 milyard manata qədər vəsait xərclənib, amma indiyədək ölkənin paytaxt şəhərində 10 minlərlə turisti eyni zamanda yerləşdirmək üçün infrastruktur formalaşmayb.
Bundan əlavə “AZAL” Dövlət Konserni bu ərəfədə uçuşların və marşurtların sayını artırmayıb. Bakıya, xüsusilə də Avropadan gəlmək və vaxtında geri dönmək çox müşkül işə çevrilib. Odur ki, milyonlarla izləyiciləri olan Arsenalın Youtube kanalında və digər kanallarda azarkeşlər final oyunlarının Bakıya salınmasından narazılıqlarını ifadə edirlər. Hesab edirəm ki, birincisi,nə qədər gec deyil, “AZAL” Avropadan Bakıya və Bakıdan da Avropaya, xüsusilə də Londona və geriyə uçuşlarının sayını artırmalıdır.
İkincisi, “AZAL”ın bazardakı inhisarçılığına son qoyulmalıdır. Məhz, “AZAL”ın monopoliyasının nəticəsidir ki, Avropadan Gürcüstaan uçuşların və marşrutların sayı dəfələrlə çoxdur. Məsələn, Vizz Air Londondan Kutaisiyə reyslər açıb. Amma bizim regionda yerləşən hava limanları fəaliyyətsiz qalıb. Çünki, məhs “AZAL”ın bazardakı dominant mövqeyi, aeroportdakı xidmətlər, onların qiymətləri və tarifləri üzərində hökmranlığı bu sahədə inkişafın qarşısını alır. Vaxtilə Bakıya uçan KLM, British Air, BMİ, Avstriya Hava Yolları, Çex Hava Yolları bu marşrutlarını bağlayıb və istiqamətlərini Tbilisiyə və Kutasiyə çeviriblər. Elə görünür ki, bir neçə gündən sonra Bakıda keçiriləcək UEFA final oyunlarından da ən çox qazanan gürcülər olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.