Saatlının başçısı "racon kəsir"... - İDDİA

14-06-2019, 17:08           
Saatlının başçısı "racon kəsir"... - İDDİA
Sabirabaddan Saatlıya transfer olunan icra başçısı Nazim İsmayılovla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Belə ki, mötəbər mənbə Nazim İsmayılovun adamlarından birinin bu günlərdə Saatlıdakı idarə müdirlərinə haqq qoyduğunu iddia edir.

Mənbənin dia.az-a söylədikləri: "Hətta başçının adından Saatlıdakı rəhbər şəxslərin birindən 30 min manat istənilib. Əks halda postu ilə vidalaşa biləcəyi haqda xəbərdarlıq da edilib.

Qeyd edək ki, sözügedən iddia ilə bağlı münasibət öyrənə bilməyimiz üçün dəfələrlə Nazim İsmayılovla əlaqə saxlamaq istəsək də, hörmətli başçı telefonlarımıza cavab verməyib.

Yenə də qarşı tərəfi dinləməyə hazır oldğumuzu bəyan etməklə yanaşı bildiririk ki, yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.