İNANILMAZ: İki türk əsgəri ölkəni alt-üst etdi – FOTO

18-06-2019, 16:30           
İNANILMAZ: İki türk əsgəri ölkəni alt-üst etdi – FOTO
Tanınmış ilahiyyatçı Rəsul Mirhəşimli iki Osmanlı əsgərinin Avstraliyaya müharibə elan etməsi ilə bağlı maraqlı paylaşım edib.

Sözügedən paylaşımı təqdim edirik:

“İngilislər Hindistanı işğal edəndə Hindistan kralı Osmanlıdan yardım istəyir. İllərdir savaş içində olan Osmanlı bu müraciəti cavabsız qoymur və Hindistana 350 əsgər göndərir. 350 nəfərlik hərbi heyətdən 20-yə yaxın əsgər yolda xəstəlikdən dünyasını dəyişir. 330 əsgər Hindistana qədər gəlib çıxır və ingilislərlə döyüşməyə başlayır.

Sursatları məhdud olan Osmanlı əsgərləri bir neçə günlük mübarizədən sonra hərbi-texniki baxımdan yaxşı təchiz olunmuş ingilis əsgərlərinə məğlub olurlar. 40 nəfərə yaxın türk əsgəri əsir alınır, qalanları isə şəhid olur. Müharibədən sonra əsir düşmüş bu 40 Osmanlı əsgəri ingilislər tərəfindən hərbi gəmilərdə işlədilir.

Həmin gəmi bir dəfə səfər zamanı Avstraliyaya gəlib çıxır. Əsirlərdən ikisi bir yol tapıb gəmidən qaçır. Bir müddətdən sonra bu iki əsirdən biri, Qaradəniz bölgəsindən olan Abdullah Menteşoğlu ata-baba peşəsi olan dondurmaçılığa başlayır, Qarahisar bölgəsindən olan Məhməd Daraqçıoğlu qəssablıq edir”.

R.Mirhəşimli əsirlikdən azad olan əsgərlərin Osmanlının intiqamını aldıqlarını bildirib:

“Birinci Dünya müharibəsində Avstraliya Çanaqqalaya əsgər göndərir. Bu ölkədə olan həmin Osmanlı əsgərləri də bu xəbəri eşidir. Görüşüb, vəziyyəti müzakirə edirlər və qərar verirlər ki, Avstraliya Osmanlıya müharibə elan edibsə, onlar da Avstraliyaya savaş açmalıdır.

Bu iki Osmanlı əsgəri Avstraliyanın dövlət başçısına bu məzmunda bir məktub yazırlar:

“Hörmətli Avstarliya prezidenti!

Biz iki Osmanlı əsgəri ölkənizdə yaşayırıq. Eşitdik ki, Avstarliya Osmanlı dövlətinə müharibə elan edib və Çanaqqalaya əsgər göndərib. Biz də iki Osmanlı əsgəri olaraq, Avstraliya dövlətinə müharibə elan edirik. Bu, bir Osmanlı fərmanıdır.

Qarahisardan Məhməd Daraqçıoğlu,

Qaradəniz bölgəsindən Abdullah Menteşoğlu”.

Həmin Osmanlı əsgərləri Sidneyin 250 kilometrliyində qatar relslərini söküb, 3 qatarı aşırırlar. Üçüncü qatar qəzasında hərbi silah-sursat tapıb, silahlanırlar. Eyni bölgədə 8 polis bölməsi və həbsxanaya hücum təşkil edərək, oradakıların hamısını öldürürlər. Nə baş verdiyini heç cür anlamayan Avstraliya hökumətinin sonda iki Osmanlı əsgərinin yazdığı məktub yadına düşür. Həmin əraziyə 250 əsgər göndərilir, Osmanlı əsgərlərinin axtarışları başlanır. Bir neçə gündən sonra atışma zamanı həmin iki Osmanlı əsgəri şəhid edilir.

Avstraliya dövləti, “iki Osmanlı əsgəri ilə döyüşdük” deməkdən utandığı üçün əsgərlərə Hindistan əsilli deyir. Halbuki Hindisanda nə Qarahisar, nə də Qaradəniz bölgəsi var”. (kult.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.