Laçın deputatından kralsayağı görüş: taxt-tac qurub, köçkünlər ayaqüstə...

19-06-2019, 00:25           
Laçın deputatından kralsayağı görüş: taxt-tac qurub, köçkünlər ayaqüstə...
Laçının deputatı Mahir Abbaszadə Şirvanda və Kürdəmirdə məskunlaşan məcburi köçkünlərlə görüşünün fotolarını feysbuk səhifəsində paylaşıb. Fotolardan görünür ki, deputat 5-10 nəfəri başına toplayıb guya laçınlı sakinlərin problemləri ilə maraqlanır.

Amma köçkünlər ayaqüstə dayanıblar, həşəmətli deputat isə kral kimi özü stol qoyub, oturub, çıxış edir. Onun ağlına gəlməyib ki, iki skamya təşkil eləsin, seçiciləri oturub onun moizələrini dinləsinlər.


Təbii ki, bu şah təfəkkürüdür, insanlara nökər-naib kimi baxır. Onu əslində seçicilərin problemləri yox, özünü reklam düşündürür ki, guya köçkünlərlə təmasdadır, camaatın içindədir. Bu hörmətsizlikdir. İnsanları ayaqüstə saxla, özünsə padşah kimi otur, sonra nağıllarına qulaq assınlar.

M.Abbaszadəyə izah edən olmayıb ki, Cahan.info başda olmaqla onlarla saytda laçınlı köçkünlərin şikayət məktubları işıqlandırılıb, icra başçısı Aqil Nəzərlinin qanunsuz əməlləri barədə məlumat verilib, deputat onlardan birini araşdırardı.

M.Abbaszadəyə deyən olmayıb ki, həmin köçkünlərlə açıq havada stol qoyub görüşmək yox, bir neçəsinin evinə getmək, şəraitinə baxmaq, soyuducusu açmaq lazımıydı. Sanki seçki ərəfəsində təbliğat-təşviqat görüşü keçirib, seçicilərdən dəstək almağa gedib. O sakinlərin hər biri ağır şəraitdə yaşayırlar, dolanışıqları yoxdur.

Hörmətli deputat istəyirsə, ona ağır vəziyyətdə olan, işsiz, xəstə laçınlı köçkünlərin onlarla məktublarını çatdıra bilərik. M.Abbaszadənin Sensasiya TV-yə baxması kifayətdir ki, laçınlıların müraciətləri ilə tanış olsun.

Fotolara diqqət etsəniz görəcəksiniz ki, Laçının deputatı imitasiya xatirinə görüş keçirib. Onun şəkillərinin altına da öyrədilmiş, trollar tərif yağdırıblar. Bir laçınlının şikayətinə yer verilməyib.

Laçın camaatının vəziyyəti həqiqətən pisdir. Rayona icra başçısı gəlmiş Aqil Nəzərli insanlara “qan uddurur”. M.Abbaszadənin isə onunla arası əladır.

Hətta vəziyyət o dərəcədə mürəkkəbdir ki, Laçın DSMF sədrinin müavini də icra başçısından açıq şəkildə şikayətlənmişdi.

Arif Feyzullayev onu korrupsiyada ittiham etmişdi. Amma M.Abbaszadə köçkünlərin müraciətlərinə baxmır, icra başçısının onları incitməsinin fərqində deyil.

Cahan.info yazır ki, o həmin deputatdır ki, qardaşı Zahir Abbasa maliyyə fırıldağına, mənimsəməsinə görə cinayət işi açılıb. Ümumiyyətlə bu gün Milli Məclisdə adı olub, özü yox kimi olan millət vəkillərimiz çoxdur.

Onların işi sadəcə “lehinə”, “əlehinə” səs verməkdən başqa bir şey deyil. Millət vəkilimizin xoşuna gəlməsə də, təəssüf ki, Mahir Abbaszadə də o qism deputatlardandır.

Hətta jurnalistlər arasında keçirilən soğru zamanı Cavid Şahverdiyev demişdi ki, onun hansısa qanunun qəbul olunması müzakirəsində fəallığını görməyib:

“Bu adamı ancaq Laçın rayon İcra Hakimiyyəti başçısının hansısa əlamətdar günlə bağlı keçirdiyi rayon tədbirlərindən çəkilən fotolarda görmüşəm”.

İndiki icra başçısı Aqil Nəzərli ilə niyə münasibəti pis olsun ki?! Eyni kənddən, eyni çevrədəndirlər. İkiniz də bir ağsaqqala xidmət edirsiniz. Niyə də pis olsun ki?

Belə xəbərlər varıydı ki, deputatın Dubayda biznesi var. Onun başçı ilə əlaqələri də kommersiya maraqları üzərində qurulub. Milli Məclisdə son dəfə hansı gündəlikdə duran məsələ barəsində çıxış etməsini heç deputatın özü də xatırlamır.

Əgər belədirsə, deputat Kürdəmir və Şirvanda görüşdüyü insanların hansı problemlərə görə müraciət etdiklərini açıqlasın. Üstəlik, biznes şəraitinin olmamasından gileylənən deputatı anlamaq mümkündür.

Çünki onun ticari əlaqələri Dubay-Bakı reysi ilədir. Xarici pasportundakı möhürlər kifayət edir ki, onun biznesinin hansı ərazidə olduğu müəyyən edilsin.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.