Sahil Babayevin nəzərinə: İmişlidə qoçu DSMF müdiri şikayətçini qanina qəltan etdi..

9-07-2019, 06:18           
Sahil Babayevin nəzərinə: İmişlidə qoçu DSMF müdiri şikayətçini qanina qəltan etdi..
Təxminən bir neçə dəqiqə öncə İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, rayon DSMF-nin müdiri İntiqam Əliyev Sarxanlı kənd sakini Sarıyev Sarı Yusif oğlunu öz xidməti otağında döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Xatırladaq ki, İmişli DSMF-nin müdiri İntiqam Əliyev ötən ildə eyni formalı hərəkətlərə yol vermişdi. Belə ki, həmin vaxt öz xidməti otağında DSMF-nin Mübariz adlı əməkdaşını külqabı ilə vuraraq xəsarət yetirmişdi. Mənbənin verdiyi məlumatda bildirlir ki, DSMF müdiri tərəfindən müxtəlif dərəcəli xəsarət alan Sarı Sarıyevin zərbə nəticəsində ağzıda partlayıb. Aldığı xəsarətlərlə bağlı İmşli rayon polis şöbəsinə müraciət edən zərərçəkmişlə və PŞ ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.