Məşhur ekspert DMX-nin açıqlamasını sərt tənqid etdi:"..bu cür SAVADSIZ və BİVEC cavabları.."

9-07-2019, 00:30           
Məşhur ekspert DMX-nin açıqlamasını sərt tənqid etdi:"..bu cür SAVADSIZ və BİVEC cavabları.."
Teref.az olaraq bildiririk ki, bu gün mətbuatda Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara qurumdan münasibət açıqlanıb. Məşhue hərbi ekspert, hərbi jurnalist Üzeyir Cəfərov bu qurumun mətbuat xidmətinin verdiyi açıqlamanı sərt tənqid edib. Sarkazm, ironiya və tənqidlə dolu olan yazını teref.az oxuculara təqdim edir:
Əziz dostlar! Hörmətli həmkarlar!
Bu gün mətbuatda Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara qurumdan münasibət açıqlanıb. Oxuyursan və DƏHŞƏTƏ GƏLİRSƏN. Sizdən də xahiş edirəm ki, bu cür SAVADSIZ və BİVEC cavabları elə belə oxuyub üstündən keçməyəsiniz.
Mənim vətəndaşı olduğum dövləti təmsil edən məmur CİDDİ və son dərəcə diqqətli olmalıdır. Baxın görün DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna necə GÜLÜNC və SƏRİŞTƏSİZ cavab verib.
Bu cavan oğlan özlüyündə ya yazılanları oxumadan imzalayaraq mətbuata ötürüb, ya da bunların dil problemləri var.
Bir vaxtlar televiziyada çalışmış, bu gün isə əynində DMX-nin polkovnik-leytenantı rütbəsini gəzdirən Elnur Kələntərli deyir ki, Xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobilinin istismar müddəti 13 il əvvəl bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.
Ay insan, sən heç olmasa istismar müddəti bitmiş avtomobilin nə demək olduğunu bilirsən? Belə çıxır ki, DMX-nin rəisi əməlli-başlı "naruşitel imiş ki. Dövlət qurumunu təmsil edən vəzifəli şəxs necə İSTİSMAR müddəti bitmiş avtomobildə gəzə bilər? Bəs DYP və ya YPX-i hara baxıb və ya baxırmış? Belə çıxır ki, Azərbaycanın mühüm güc strukturlarından biri olan DMX üçün dövlət büdcəsindən vəsait tapılmırmış ki, adi bir avtomobil alınsın?
Sonra isə, DMX-nin başbilənlərindən biri başlıyıb əməlli-başlı zaylamağa. O faktiki təsdiq edib ki, həqiqətən də, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan "Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub.

Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən "İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanıb. Hər halda "İMPROTEX MOTORS” MMC adi avtomobillər deyil, XARİCDƏN gətirdiyi yüz min manatlıq bahalı avtomobilləri satır və o məsələ....
Hə, bəs bu cümlə nəyi deyir? İndi mətbuat düz yazıb, ya siz savadsız yığnağı etdiyiniz büdcə talanına bu cür don geyindirirsiniz? Axı, dövlət başçısı BÜTÜN MƏMURLARA, o cümlədən DMX-nin rəisinə də töhsiyyə etmişdi ki, bir az qənaətcil olun və dövlətin vəsaitini dağıtmayın.
Yazdıqlarımda qalıram ki, dövlət və hökumət strukturlarında 50 faiz İXTİSAR aparılmalı, xidməti avtomobillərin sayı yarıbayarı azaldılmalıdır. Qənaət olunmuş maliyyə vəsaiti də lazım olan sahələrə yönəldilməlidir. Bu qədər sadə və aydın.

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.