Yevlaxın başçısından Qurtuluş gününə hörmətsizlik - Foto/ milyonluq iş

9-07-2019, 08:12           
Yevlaxın başçısından Qurtuluş gününə hörmətsizlik - Foto/ milyonluq iş
Yevlaxda 15 iyun Qurtuluş Günü çox saymazyana, laqeyd şəkildə keçirilib. Heydər Əliyev xiyabanında baş tutan konsertdən yayılan fotolar belə deməyə əsas verir.

Cahan.info-nun xəbərinə görə, şəkillərdə konsertdə seyrəklik olduğu öz əksini tapır. Qurtuluş Günü təşkil edilmiş konsertə az insanın təşviq edilməsinin məsuliyyətini Yevlax şəhər İcra Hakimiyyəti daşıyır.

Həmin gün paytaxt başda olmaqla respublikanın bütün regionlarında tədbirlər, izdihamlı konsertlər təşkil olunub.

Amma Yevlax İH və başçısı Qoca Səmədov dövlətin əhəmiyyətli gününü başdansovdu, biganə, yola verməklə keçirib. Əslində, bu fakt ölkənin siyasi rəhbərliyi üçün bir dərs olmalıdır ki, dostunu, düşmənini tanısın.

Q.Səmədov kimi məmurlar yalnız öz mənfəətini düşünən adamlardır. Onlar dövlətçilik libasına bürünərək öz maddi maraqları üçün çalışırlar.

Yevlaxın icra başçısı adi bir konserti yüksək səviyyədə təşkil edə bilmirsə, onun rayonu necə idarə elədiyi təsəvvürü formalaşır. Q.Səmədovun bu hərəkəti ciddi siyasi xətadır. 15 iyun günü konsertdə izdiham olmalıydı.

Amma şəkillərdən də görünür ki, stulların çoxu boşdur, 5-10 adam yığıb guya bayram edirlər. Belə hörmətsizlik dövlətə, onun ulu öndərinə və siyasi rəhbərliyinə edilən hörmətsizlikdir.

Aydın məsələdir ki, Q.Səmədov Yevlaxda yalnız öz işlərinin yaxşı getməsi üçün çalışır. Onu vəzifədə xalqa və dövlətə yox, özünə xidmət maraqlandırır.

Üstəlik, onun bu vəzifəyə təyinatında güllələnmiş sabiq başçı Elmar Vəliyevin rolu olub. E.Vəliyevin kadrından bundan artığını gözləmək də olmazdı.
Yeri gəlmişkən, bu günlərdə “Kolanı-İnşaat” MMC-nin təsisçisi və direktoru olan Nizami Həsənov Q.Səmədovun onu aldatdğını iddia eləmişdi.

Sahibkarın sözlərinə görə, başçılı etdiyi kollektiv Yevlaxda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Heydər Əliyev Sarayı, Heydər Əliyev Müstəqillik parkı, S.Vurğun parkı, Səməd Vurğun küçəsi, Cingiz Mustafayev küçəsi, Yeni Azərbaycan Partiyasının binası, Xalq Teatrı, Şahmat Məktəbi, İnformasiya binasının tikintisi, Kür çayının sahilində bulvar, Hotel binasının tikintisi və bir çox başqa obyektlərin tikintisini başa çatdırıb.

Yevlaxda yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyərinin xeyli hissəsi - yəni 1 milyon 700 min manatı bu günə qədər sifarişçi - Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ödənməyib.

“Əməkdar Mühəndis” deyir ki, borcun qaytarılması üçün Yevlax İcra Hakimiyyətinin başçısı Qoca Səmədova müraciət edib: “Qoca Səmədov borcu ödəmək əvəzinə məni hədələyir, santaj və təhdid edir.

Ona görə də ölkə rəhbərliyinə müraciət edərək Yevlax şəhərində 1 milyon 700 min manat və Gəncə şəhərində 2 milyon 900 min manat borcun ödənməsı uçun lazımi tədbirlər görülməsini xahiş edirəm.

Bu gün sələm, borc içindəyəm, uşaqlarımın üzünə baxa bilmirəm. Uşaqlarım, qardaşım uşaqları evlərini satıb borcları verməyə çalışmışıq.

Gördüyümüz işlər də ortalıqdadır. Hər bir işi vicdanla yerinə yetirmişik, istəyimiz də bizə yaranan borcların, halal haqqımızın ödənməsidir”

https://m.facebook.com/story.php?story_fbid=1288425487992028&id=441030086064910












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.