Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

21-07-2019, 09:57           
Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video
2018-2019-cu illər ərzində ölkəmizdə iqtisadiyyatın onurğa sütünu sayılan bank-maliyyə sektorunun dirçəldilməsi və inkişaf etdirilmisə məqsədilə dövlət başçısı İlham Əliyev bu sahəni şəxsən nəzarətə götürərək operativ qaydada müvafiq olaraq dövlət strukturlarına tapşırıq, göstərişlərini verdi və aidiyyatı üzrə bu sahədə bir neçə küklü dəyişikliklərə səbəb olan sərəncam və fərmanlar imzaladı.

Ölkə prezidentinin bu sektora son müdaxiləsindən sonra ölkənin bank-maliyyə sektoru qismən dirçəlməyə başladı, banklarla yanaşı ölkə əhalisinin də əhəmiyyətli bir hissəsi bezdirici kredit problemlərindən azad olmaqla yanaşı xarici valyutada olan kredit borcları üzrə əvvəllər banklara ödənilmiş əlavə vəsaitlər üzrə ödəmələri geri aldılar.

Son olaraq Prezident tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzalanmış məlum Fərmanı ölkə əhalisi tərəfindən müsbət qarşılanmaqla yanaşı, beynəlxalq bank-maliyyə dairələrində də təqdirə layiq gediş olaraq qiymətləndirilidi, Prezidentin bu tarixi addımı minlərlə ölkə vətəndaşının sosial problemlərinin həll olunmasında müsbət rol oynadı. Lakin bir sual açıq qalır, niyə hər bir sahə üzrə ölkə Prezidenti müdaxilə etdikdən sonra problemlər həll olunur, bəs vəzifəyə təyin olunmuş bəzi məmurlar niyə cəmiyyəti səksəkədə saxlayan problemlərin həlli ilə məşğul olmurlar?

Maraqlıdır, deyəsən ölkə başçısı onlara etimad göstərib bu vəzifəyə təyin etdikdən sonra özlərini tamam unudurlar və öz şəxsi maraqları üçün işləməyə başlayırlar, lakin düşünmürlər ki, bu cür qaranlıq işləri gizli qalan deyil və nəticədə əməlləri ifşa olunduğuna görə qısa müddətdə öz vəzifələrini itirirlər.

Belə məmurlardan biri də 2018-ci ilin oktyabr ayından vəzifəsini itirmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş direktorlar şurasının sədri olan Rüfət Aslanlıdır. Bu ad-soyad ölkə vətəndaşına yaxşı tanışdır, Aslanlı cənabları Palatada işlədiyi 2 il 6 ay ərzində bu sektoru o günə qoydu ki, sonradan yaranmış problemlərin həlli üçün milyardlarla manat dövlət vəsaitinin xərclənilməsinə səbəb oldu. Təkcə 10-a yaxın işlək bankları bağlamaqla dövlətə 1 milyard manatdan artıq zərər vurdu. Amma vaxtında ölkənin bank sektorunu iflic edən bu problemlər operativ qaydada ölkə rəhbərliyinə məruzə olunsaydı, bəlkə də az bir məbləğdə vəsait xərclənməklə bu xaosun həllinə nail olmaq olardı.



Çi fayda, dövrlər üzrə R.Aslanlının rəhbər işlədiyi bu Palatada hansı əməllər törətməsi, qısa müddət ərzində necə başgicəlləndirən sərvətə sahib olması, bahalı restoranlarda ad günü qeyd etməsi, öz adına şüşəsi 5 min dollar olan çaxırlar istehsal etdirməsi, dəyəri 4-5 milyon dollar qiymətləndirilən bahalı saat kolleksiyası və avtomobil parkına sahib olduğu, Fransada şəxsi şərab zavodunun və üzüm bağlarının, Bakıda isə bir neçə bahalı mənzillərə sahib olduğu haqqında ölkə mətbuatında çox yazıldı.

R.Aslanlının qısa müddətə bu qədər sərvəti necə toplaması haqqında bir çox versiyalar irəli sürüldü, ən əsas versiyalar isə Aslanlının vaxtında Palata tərəfindən bağlanılmış 10 bank üzrə dövlət tərəfindən sığortalanmış əmanətlər ölkə vətəndaşlarına qaytarılması üzrə dövlət tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ayrılmış 1 milyarda manatdan artıq vəsaitin, həmçinin bağlanmış bankalrın sağlam aktivlərinin fondun o vaxtkı sədri Azad Cavadovla birgə bir neçə yüz milyon manatın Aslanlı və Cavadov tandemi tərəfindən təyinatından yayındırılmaqla mənimsədikləri barədə yazılanlar idi.

Lakin çox keçmədən bunları unuduldu, bu barədə məlumatlar zaman-zaman azalmağa başladı. İndilərdə Cavadovun harda olması barədə elə bir məlumatımız yoxdur. Amma Aslanlı yenə də öz zadəganlara xas dəbdəbəli həyatını yaşamaqdadır, dövlətdən oğurladığı yüz milyonlar hesabına özünə korluq vermir.

Əldə etdiymiz məlumatlar əsasən bir neçə gün əvvəl Aslanlı Türkiyənin İstanbul şəhərində ən elit və bahalı hesab olunan restoranların birində görsənib, deyilənərə görə bu restorana da, öz istehasalı olan şərabla gəlib və özü üçün şərab keyfi təşkil edib.

Təqdim olunan şəkillərdən də bəlli olur ki, qəhrəmanımız bir əlində mobil smartfonla nə iləsə məşğuldur, digər əlində isə şərab bakalıdır. Smartfonla yəqin ki, xarici bank hesablarını yoxladığını və ya özü haqqında məlumatlara baxdığını iddia edə bilmərik, amma çaxır keyfi 100 % bəllidir.

Aslanlının İstanbulun elitar və bahalı yerlərində bir neçə mənzilinin və villasının olduğu deyilir. Və ona görə Aslanlının ilin əhəmiyyətli hissəsinin İstanbulda keçirməsi qeyd olunur. Dəyəri 25-30 milyon dollar hesab olunan, İstanbulun bahalı yaşayış massivində yerləşən və Bosfor boğzına birbaşa mənzərəsi olan bu villanın da, Aslanlıya məxsus olması iddia olunur.

Görünən odur ki, Aslanlı öz ampluasındadır və işlədiyi dövrdə yaşadığı dəbdəbəli həyat tərzini davam etdirməkdədir. Deyilənlərə görə, Aslanlı hətta Türkiyə vətəndaşı olmağa hazırlaşır, köhnə təcrübədir, onsuz da bəzi məmurlar əvvəl dövlətdən oğurlayır, sonrada xarici ölkə vətəndaşlığı alırlar. Əcəba, bu var - dövlətin mənbəyi niyə açıqlanmır? Haqlı sual yaranır, Aslanlı nəvələrinə çatacaq qədər dövlətdən böyük məbləğdə pul çırpışdırmağa bu qısa müddətə necə nail olub?

Moderator.az
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.