Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....

21-08-2019, 18:01           
Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....
Teref.az yazır ki, dövlət məmurlarının özlərinə deyil, xalqa xidmət etməli olduqları barədə ölkə rəhbərinin xəbərdarlıqları hamıya məlumdur. Bu xəbərdarlıqdan nəticə çıxarmayanlar həm xalqa, həm də dövlətə və onun başçısına xəyanət edirlər. Təəssüf ki, dövlət qulluğunun verdiyi səlahiyyətləri xalqa deyil, özünə və qohum-əqrabasına xidmətə həsr edən məmurlar az deyil. Onlardan eləsi də var ki, uzun illər vəzifə başında olub, yığıdığını yığıb, xərclədiyini xərcləyib, indi də “müdrik ağsaqql” obrazında ortada gəzib dolaşır, özünü dünyanın xoşbəxti sanır.
Düz iyirmi üç il bir rayonun icra hakimiyyətinin başçısı olan, bu müddətdə özünü kurort zonası sayılan həmin ərazinin sahibi kimi aparan, vətəndaşlarla qanunvericilik çərçivəsində deyil, qoçuluq, qoluzorluluq prinsipi ilə davranan, hektarlarla torpaq sahəsini saxta və qanunsuz sənədlərlə talayan, qohum-əqrabasına paylayan, hacı titulu daşımasına baxmayaraq alqkoqollu içkilər istehsalçısı kimi tanınan sabiq məmurun kimliyindən xəbərdarsınızmı?
Əlinizin altında İnternet varsa, açıb axtarış portalında Gülağa İslamov ad-soyadını yazın, görün, nə qədər şikayət, korrupsiya faktarı haqqında məlumat, ifşaedici material çıxacaq... O, Abşeron yarımadasında ən geniş ərazini əhatə edən keçmiş Əzizbəyov, indiki Xəzər rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə 1995-ci ilin yanvarında təyin edilib və bir də 2018-ci ilin dekabrında həmin vəzifədən azad olunub. Dövlət qulluğuna keçdikdən, böyük bir rayona rəhbərlik etməyə başladıqdan sonra da özünün biznes maraqalarını hər şeydən üstün tutan bu adamın idarəçiliyi qoçuluq prinsipləri ilə həyata keçirdiyi rayon camaatının yadından çıxmır. Oğlunu rayonun kurort-istirahət zonalarından birinin – Şüvəlannın bələdiyyə sədri vəzifəsinə seçilməsinə nail olan, qudasını isə Qala qəsəbəsinə icra nümayəndəsi təyin edən Gülağa İslamovun özünün sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olduğu, Xəzər rayonunda hektarlarla torpaq sahələrini bu “təhlükəsizlik reketi”n və onun cinayətkar generallarına peşkəş etdiyi barədə məlumatları ölkə mediası uzun müddət gündəmində saxlayıb və təkzib edilməyib...
(http://sozcu.info/problem/749-eldar-mahmudovla-gulaa-slamovu-hans-tellr-balayr.html)
Yetmiş yaşında vəzifə kürsüsündən düşürülən sabiq başçının Xəzərdə sahibləndiyi var-dövləti, mal-mülkü, deyilənə görə, sayıb qurtarmaq mümkün deyil. Buraya çoxsaylı daşınmaz əmlak və torpaq sahələri bir yana, çoxlu biznes strukturları – daş karxanaları, istixana təsəsrrüfatları, ticarət obyektləri, hətta pivə istehsalı müəssisəsi daxildir. Deyilənlərə görə, vaxtilə dövlət başçısının qoyduğu qadağaya baxmayaraq Xəzər dənizi sahilindəki ərazilərin vəzifəli və imkanlı şəxslərə satışından əldə edilən vəsait, hədiyyə verilməsindən qazanılan hörmət-izzət Gülağa İslamovun bundan sonra hələ yetmiş il də bəsidir. Ən qəribəsi isə budur ki, torpaq sahələrinin verilməsi haqında sərəncamların bir çoxu, əslində, mövcud qanunvericiliyə uyğun şəkildə rəsmiləçdirilməyib və sonradan saxta sənəd kimi qəbul edilərək bir sıra vətəndaşların maddi və mənəvi ziyana düşməsinə səbəb olub.
Xəzərdə “Gülağa İslam dövrü”nün hələ də bitmədiyi, onun təməlini qoyduğu “ənənələr”in davam etdiyi, hətta rayonda hakimiyyətin tezliklə yenidən İslamovlara qayıdacağı ehtimal olunur.
https://araz.az/index.php/zhuend-m/3687-kh-z-rin-goynunda-talanan-kh-z-r-rayonu-zhuelazha-islamovun-ganunsuz-s-r-ndzamlar-ndan-ziyy-t-dz-k-nl-r-dzar-sizdir
Hacının yerinə təyinat zamanı onun özünün “yetişdirdiyi” kadra üstünlük verilməsi belə ehtimallara zəmin yaradır. Rayonun indiki rəhbəri kənar şəxs deyil – Gülağa İslamovun irəli çəkdiyi adamdır. Atası rayonun Ağsaqqallar Şurasının sədridir. Qırx iki yaşlı təzə başçı dörd il ərzində rayon icra hakimiyyətində təsərrüfat müdiriliyindən başçının birinci müavinliyinə yüksəlib. Sonra da başçı kürsüsünü tutub.

Bu kürsünün yenidən Hacının ailəsinə - bu dəfə oğul İlham İslamova həvalə olunacağını ehtimal edənlərin arqumenti çox sadədir: otuz altı yaşlı bu cavan oğlan 14 ildir ki, Şüvəlan bələdiyyəsinin sədridir. Atasından öyrəndikləri bir yana, özü də “uğurlu idarəçilik” sahəsində xeyli təcrübə qazanıb. Xüsusən də, boş ərazilərin kimlərə, necə və hansı şərtlərlə verilməsi üzrə...
Hər halda atalar və atalarının hesabına qanunlara kəllə atan məmur oliqarx oğulların olduğu və bu problemin vaxtaşırı qabardığını biz "Relax"-sda baş verən İqbal Məmmədovun oğlunun qanunları necə ceynədiyinin nümunəsində şahid oluruq.
Yuxarıda mediada gedən və təkzib olunmayan bəzi xırda məlumatılarla ictimaiyyəti tanış etdik.
Məmur övladlarının təkcə bahalı saatları, zəngin həyat tərzləri, tələfxərclikləri, təmtəraqlı məclisləri, sadə vətəndaşlara qarşı tərbiyəsizlikləri barədə məlumatlara deyil, həm də onların “yolunu davam etdirən” balalarının əməlləri ölkə ictimaiyyətində ciddi narazılıq yaradır. Xəzərdə olduğu kimi...
Bu narazılıqları diqqətə alan möhtrəm cənab Prezidentdə məmurlara ciddi təpinmişdi.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.