"Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev."

20-08-2019, 12:49           
"Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev."
Azərbaycan gömrüyündə baş verən özbaşınalıqlardan dəfələrlə yazmışıq. Dəfələrlə iş adamlarının və sadə vətəndaşların başına gətirilən qanunsuzluqlar mətbuiat səhifələrində tirajlanıb. Daha bir hadisə isə mətbuat nümayəndəsinin başına gəlib.
Teref.az yazır ki, tanınmış jurnalist, "Yeniçağ.az" saytının baş redaktoru Aqil Ələskər Azərbaycan Gömrük Komitəsindən şikayət edib.
Sosial şəbəkədə öz profilində DGK-nin sədri Səfər Mehdiyevə müraciət edən Aqil bəy yazır:
Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə, Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?

İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev???
İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız???
Bəsdirin də insanların əsəbləri ilə oynadınız!!!

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.