"Panorama Park” yaşayış kompleksinin sahibləri sakinlərə düşmən kəsilib - Tam biabırçı mənzərə FOTOFAKT

20-08-2019, 21:21           
"Panorama Park” yaşayış kompleksinin sahibləri sakinlərə düşmən kəsilib - Tam biabırçı mənzərə FOTOFAKT
"Panorama Park” yaşayış kompleksində sakinlərə verilən suda bağırsaq çöpləri aşkarlanıb.

Bu barədə BakuPost-a həmin kompleksdə yaşayan Ramilə Mahmudova məlumat verib. Onun sözlərinə görə, suyun çirkli gəlməsi ilə əlaqədar "Azərsu”ya müraciət ediblər.

Onların mütəxəssisi gəlib suyu yoxlayıb və bu fakt aşkarlanıb: "bu yaşayış kompleksindəki sakinlərin hamısı Alians və Qorqud Assosiasiyası MMC-dən şikayətçidir. Onların birgə layihəsi olan "Panorama Park” yaşayış kompleksindən 4 il əvvəl mənzil almışıq və 2 il gecikmə ilə bu ilin aprel ayında güc bəla ilə, sakinlərin güclü etirazı nəticəsində kompleksi yarımçıq şəkildə minimum yaşayışa təhvil verdilər. Amma verdikləri gündən bəri problemi bitmədi, en böyük problem isə su problemi idi. Rəhbərlik bunu həll edəcəyinə söz versə də, heç bir nəticə olmadı. Yenə sakinlərin dəfələrlə şikayətləri, təzyiqləri nəticəsində "Azərsu”nu dəvət edib, sudan analiz götürdülər və söz verdilər nəticə whatsapp qrupunda paylaşılacaq, amma nəticə çıxanda bunlardan səs çıxmadı. Səbəb apreldən bəri sakinlərin istifadəsinə verdikləri suyun tərkibində Bağırsaq çöplərinin çıxması idi”.

Şikayətçi binalara verilən suyun fotolarını təqdim edərək, vəziyyətin çox acınacaqlı olduğunu bildirib: "Aylardı bu sudan istifadə etmək məcburiyyətindəyik. Biz sakin olaraq bu vəziyyətlə bağlı daha haralara haralara şikayət etməliyik?
Şəkillərdə aylardı istifadə olunan sudur. Tünd rəng su kəsilib gənəndə aldığı vəziyyətdi.

Açıq rəçgdə olanlar isə daimi istifadə zamanı çəkilib”.
Ramilə Mahmudova bildirib ki, şikayətlərini və bu fotoları Prezident.az saytına da göndəriblər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.