Canlı yayımda narkotik çəkən “göyçaylı Rafiq” kimdir? – Şok video

9-09-2019, 08:59           
Canlı yayımda narkotik çəkən “göyçaylı Rafiq” kimdir? – Şok video
Azərbaycan polisi narkotiklərin dövriyyəsi, alqı-satqısı, ticarəti ilə məşğul olanlara qarşı amansız mübarizə aparır.

Hər il tonlarla narkotik maddə aşkarlanır, çətənə kolları üzə çıxarılır, məhv edilir, bu cinayətə yol verənlər barəsində həbs qətimkan tədbiri seçilir.

Eyni zamanda sərhədlərimizdən narkotik keçirilməsinin qarşısı alınır, narkotik ticarətlə məşğul olanlar məsuliyyətə cəlb olunur.

Habelə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir keçirilir.

Lakin narkomaniya ölkəmizdə yayılmaqdadır, onun kökünün kəsilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə baxmayaraq, müxtəlif yollarla narkotik maddələrin Azərbaycana gətirilməsi, satışı rellaşdırılır.

Hətta bir neçə il qabaq Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirmişdi ki, məmur övladları arasında narkotik qurşananlar, narkomana çevrilənlər var.

Sitat: “Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil.

Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik bunu almağa vəsaiti yoxdur”.

Reportyor.info xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə yayılan bir video bu məsələni yenidən aktuallaşdırıb.

“Göyçaylı Rafiq kayfdadır” başlıqlı həmin videoda Rafiq Quluzadə kimi təqdim edilən bir gənci görüntüləri təqdim olunub.

Daha doğrusu, özü yutub sosial şəbəkəsinin canlı yayımına çıxaraq, dostları ilə söhbətləşir, kefli ovqat danışır və elan edir ki, bir azdan onu şit gülmək tutacaq.

Məsələ burasındadır ki, videodan da görünür, R.Quluzadə adlı göyçaylı gəncin əlində nəşə var, onu açıq-aşkar göstərərək çəkir.

Videodan da görünür ki, onun çəkdiyi siqaret və ya siqar deyil, məhz narkotik maddədir. Lakin bu kadrların harada çəkildiyi bilinmir.

Rafiq dostları ilə rahat şəkildə danışır, kefi kökdür, hətta hüquq-mühafizə orqanlarından birinin adın çəkərək replika atır.

Deməli, özü də qanunsuz iş gördüyünün fərqindədir, sadəcə, əhvalı yaxşıdır, vecinə almır. Video şərhdə gedən bir xəbər də diqqət çəkicidir.

İddialara görə, R.Quluzadə İsrailə gedib-gəlir, bizneslə məşğuldur, atasının geniş imkanları var.

Sizə təqdim edəcəyimiz kadr məhz Ə.Həsənovun yuxarıdakı sözlərini xatırladır. Varlıların uşaqları o dərəcədə arxayınlaşıblar ki, sosial şəbəkədə canlı yayıma çıxaraq hamının qarşısında narkotik maddə qəbul edirlər və bunu aləmə nümayiş etdirirlər.

Əvvəla, bu kadrlar yeniyetmələrə, gənclərə çox pis bir örnəkdir. İnternet əsrində indi az qala azyaşlıların da əlində mobil telefon, planşet var, internetə qoşulurlar, sosial şəbəkə istifadəçiləridirlər.

Göyçaylı Rafiqin hərəkəti isə minlərlə sağlam yeniyetməyə, gəncə mənfi nümunədir, onların bu yola təhrik olunması üçün bir təbliğatdır. İstər-istəməz videonu izləyən hər 100 gəncdən azı 2-3 nəfəri onun kimi olmağa, bununla fəxr etməyə başlaya bilər.

Dövlət rəhbərliyi, ayrı-ayrı nazirlər gənclərə yaxşı nümunələr təqdim edirlər, dövlətin idmana, idmançı gənclərə qayğısı var, minlərlə yeniyetmə sağlam həyat tərzi yaşamaq üçün idmanla məşğul olmağa dəvət edilir, amma bu cür şəxslərin videoları insanları yoldan çıxarmağa bir təbliğat vasitəsidir.

Rafiq adlı həmin gənc özü ilə bərabər neçə yüz nəfərə də pislik etdiyini anlamır. Lakin bu kadrlar barəsində hüquq-mühafizə orqanları dərhal araşdırma aparmalı, tədbir görməlidirlər.

Bu şəxsin kimliyi, valideyninin yaşadığı yer təsbit olunmalı, narkotik maddəni necə əldə etdiyi araşdırılmalıdır. Cəmiyyətə, gənclərə “nümunəsi” ilə onları pozan, qanunsuzluğa yol verən, birbaşa cinayət məsuliyyəti daşıyan R.Quluzadə ilə bağı hüquq-mühafizə orqanlarının operativ şəkildə araşdırma aparacağını gözləyirik.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.