BDM sədri ətrafında qalmaqal- Verilən vədlər, 30 000 pul, Çexiyada biznes.. FOTO

19-09-2019, 08:24           
BDM sədri ətrafında qalmaqal- Verilən vədlər, 30 000 pul, Çexiyada biznes.. FOTO
Teref.az yazır ki, sosial şəbəkədə yeni bir qalmaqal böyüməyə başlayıb. "Ainforum" saytının baş reaktoru Məhəmmədəli Qəribli BDM (Beynəlxalq Diaspora Mərkəzi) sədri İsmayıl Ağayevin geyindi forma barədə status yazıb. Məhəmmədəli bəyin yazdığı statusu təqdim edirik:
Bu, bizim dostumuz, BDM sədri İsmayıl Ağayevdir. Vətənpərvər oğlandı. Vaxtilə polis zabiti kimi Qarabağ döyüşlərində iştirak edib. İndi də diaspor sahəsində aktiv fəaliyyət göstərir. Bu yazını onun özünün də xəbəri olmadan yazıram. Bəlkə də məndən inciyəcək. Özü bilər. Çünki mən haqlıyam. Fotoda onun geyindiyi formaya diqqət edin.Soruşanda deyirdi ki, Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyin rəhbəri kimi bu formanı geyir.

Sonra həmin formanı cəmiyyətdə heç də müsbət mənada reputasiyası olmayan bəzi adamların da əynində görəndə bununla bağlı araşdırma apardım. Həmin yazıdan sonra bəzi adamlar bu formadan imtina etdiklərini də rəsmən bəyan etdilər. Hətta bununla bağlı yazı da yazdım. Verdikləri müsahibənin səs yazısı da qalır. Ancaq İsmayıl müəllim dedi ki, forma qanunidir, onlar Firdovsi Ələkbərov adlı şəxsin rəhbərliyi altında olan Asiya Departamentinin tərkibində fəaliyyət göstərirlər. Həmin araşdırmaya görə uzun müddət məndən küsülü də qaldı.

İndi eşitmişəm ki, İsmayıl Ağayev həmin departamentin rəhbəri Firdovsi Ələkbərovdan hüquq-mühafizə orqanlarına şikayət edib ki, bu forma və başqa vədlərlə onu aldadıb 30 min manata yaxın pulunu alıblar. Yəni 30 minə yaxın pulu alıb, əyninə formanı geyindirsələr də, Firdovsi Ələkbərov tərəfindən verilən sonrakı vədlər öz təsdiqini tapmayıb.

Pulunu geri ala bilməyən diaspor rəhbəri güc strukturlarına şikayət etmək məcburiyyətində qalıb. Ola bilər ki, İsmayıl müəllim məlumatı təsdiqləmsin, amma 100 faiz əminəm ki, bu məzmunda şikayət edib. Adları çəkilən hər bir tərəfin fikirlərini dinləyib yazı hazırlamağı düşünürəm. Əsas da Firdovsi Ələkbərovun məsələyə münasibəti maraqlı olar. Çünki bu formanın nə dərəcədə qanuni olub-olmaması, ümumiyyətlə həmin departament hansı qanuni əsaslarla ölkəmizdə fəaliyyət göstərməsinə aydınlıq gətirməlidir.

Bəllidir ki, ölkədə belə forma yalnız İsmayıl Ağayevə verilməyib. Bundan əlavə, müxtəlif ölkələrdə fəaliyyət göstərən tanınmış jurnalistlər araşdırma apararaq, bu formaları geyinənlərlə bağlı tutarlı jurnalist tədqiqatları ortaya qoyublar. Həmin linkləri şərhdə paylaşıram. Bütün bu şübhələri ortadan götürmək üçün Firdövsi müəllimin mövqeyi maraqlı olardı.

Teref.az yazır ki, Məhəmmədəli bəyin statusundan sonra İsmayıl Ağayevin Çexiyada Azər Kərimovla şərikli biznesinində olduğu ortaya çıxıb. Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin bu barədə yazır:
Cavanşır Həsənli Özü də mən bilən Səbail Bələdiyyəsinin Torpaq Şöbəsinin rəisi vəzifəsindən çıxarıldıqdan, yaxud çıxandan sonra açıb şirkəti.

Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.