Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO

21-09-2019, 07:51           
Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO
Övladı Sumqayıt şəhəri, 22 saylı orta məktəbdə təhsil alan Aytəkin Bayramova Yenilik.Az saytına müraciət edərək məktəbdə yazı lövhəsi və müəllimlər günü, həmçinin Sumqayıtın 70 illik yubiley tədbiri üçün pul yığıldığını bildirmiş, hətta pul yığımına etiraz etdiyi üçün valideyn komitəsinin sədri tərəfindən döyüldüyünü, polisə şikayət etdiyini bildirmişdir. Vətəndaşın şikayətilə bağlı məktəbin direktoru Tahirə Səfərova ilə əlaqə saxladıq. T.Səfərova həmin valideynin yalan danışdığını, psixoloji gərginliyi olduğunu, böhtan atdığını bildirdi. Ən maraqlısı isə budur ki, valideyn sonradan məktəbə çağırıldı və məktəbdən redaksiyamıza zəng edərək şikayətini geri götürdüyünü bildirdi. Direktorun yanından çıxdıqdan sonra isə A.Bayramova zəng edərək bildirdi ki, “mən direktordan xahiş etdim ki, məni döyən valideyn komitəsinin sədri Könül xanıma zəng edib heç olmasa üzr istətsin, telefonumu yerə vurub zədələyib, mənə dəyən ziyanı ödətsin, amma o komitə sədrinə zəng eləmədi, ona görə də mən şikayətimin yayılmasına etiraz etmirəm.”

Qeyd edək ki, 22 saylı orta məktəbin adı bir neçə il öncə də mediada hallanıb. Belə ki, 2016-cı ilin yanvarında elə T. Səfərovanın direktoruluğu dövründə məktəbin İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında Kənan Xankişizadə adlı şagirdin başına çox sayda zərbələr endirib.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edib. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib. O zaman T.Səfərova mediaya açıqlamasında bildirib ki, “İdris müəllim, əslində, yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirdə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah summativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb.”

Bundan əlavə 2017-ci ilin yanvarında 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 13, 14 saylı seçki məntəqələrinin kollektivi adından Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət məktubu ünvanlanıb. Xeberle.com saytında dərc olunan məktubda 13 və 14 saylı seçki məntəqələrinin kollektivi bildirib ki, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin tərkibinə daxil olan 13 və 14 saylı seçki mənrtəqələri Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdədir. Məktəbin direktoru Səfərova Tahirə həm də 13 saylı seçki məntəqəsinin sədridir. Hər 2 mətəqədə məktəbin müəllimləri var. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 2017-ci ilin 11 yanvarından 30 yanvarınadək məntəqə işinə cəlb edildik.

İşlədiyimiz 20 gün üçün ortalama 70 manat maaş aldıq. Maaşımızı alar-almaz seçki məntəqəsinin sədri Səfərova Tahirə 43 saylı üçüncü seçki dairəsi adına məntəqədə işləyən müəllimlər olaraq hər birimizdən 20 manatdan pul yığdı. Seçkidə olduğumuz 20 gün ərzində bəzilərimiz dərs saatlarımızı keçdiyimiz üçün buna görə də maaşımızın bir qisminə də əl qoyub. Məktəbin direktoru olduğundan hər 2 məntəqə buna etiraz edə bilmədi. Bizə deyir “qulaqlarınızda sırğa edin, bu iş müvəqqətidir, öz işiniz isə daimi yenə mənə tabesiniz”. Lakin bu məsələ ilə bağlı Xeberle.com saytı məktəb direktorunun mövqeyini öyrənə bilmədiklərini qeyd edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.