Adı fırıldaqda keçən, MTN-lə çəkilən, mandatını 3 milyona alıb girov qoyan deputatın – Dosyesi

23-09-2019, 09:56           
Adı fırıldaqda keçən, MTN-lə çəkilən, mandatını 3 milyona alıb girov qoyan deputatın – Dosyesi
Ötən həftədən bəri sosial şəbəkələrin Azərbaycan seqmentində “qəhrəmana” çevrilən deputat Rafael Cəbrayılovla bağlı müzakirələr səngimir.

Reportyor.info xəbər verir ki, onun mandatını girov qoyub borc götürməsi faktının üzə çıxması feysbukda lağlağı, məsxərə obyektinə çevrilib, replikalar, skrinşotla eyhamlar, ələsalmalar davam edir, Milli Məclis üzvü biabırçı vəziyyətə salınıb.

R.Cəbrayılov o deputatdır ki, 2015-ci ildən bəri ancaq və ancaq qalmaqallarla, tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib.

Bu dəfə isə məlum olur ki, Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb.

Lakindeputatborcuvaxtındaödəyəbilməyib. O, borcu vədetdiyi vaxt qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Milli Məclisin deputatının vəsiqəsinin əslini girov qoyub.

Məsələnin təfərrüatından oxucuların xəbəri var, işin tragikomik tərəfi deputat mandatının girov qoyulmasıdır.Görünür, mandat girov qoymağa, borc götürməyə yararlıimiş.

Amma nə spiker Oqtay Əsədov, nə Milli Məclisin İntizam Komissiyası R.Cəbrayılovla bağlı fakta münasibət bildirib.

Avropa ölkələrində belə rüsvayçılıq olsaydı, mandat ləğv edilərdi,deputatın fəaliyyətinə xitam verilərdi.Ancaq bura Azərbaycan olduğuna görə, belə məsələlərə gülüb keçirik.

Bundan az əvvəldə Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər.

Deputatla qardşaının“Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.

Mirəhməd Abbasov millət vəkili Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevidə eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib.

Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasındada məhkəmə çəkişməsi olub. Bank R.Cəbrayılovun və qardaşlarının 1,1milyon dollar borclarını ödəmədiyini əsas göstərək məhkəməyə müraciət etmişdi.

14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ındeputatR.Cəbrayılov, qardaşlarıElşənCəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliye və qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı.

Həmçinin,keçmiş rektor ElşadAbdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərdə sabiq deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi.

E.Abdullayevə mandat vədedən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir:

“Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim . Rafael Cəbrayılov gətirib pulunu verdi, işidə həll olundu…”

İddia olunurdu ki, R.Cəbrayılov mandatını 3 milyona alıb.

Mandatını borca görə girov qoyan deputatın elə bugünlərdə dəyəri milyonlarla manat olan villası “Yeni Sabah” tərəfindən yayılıb.Malikanə Məmməd Araz küçəsində, “milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir.

Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. O deputat olsa da, adı seçici siyahısında yoxdur.

Hərhalda Mərkəzi Seçki Komisiyyasının internet səhifəsinəyerləşdirilən seçki siyahısında Rafael Cəbrayılovun adı qeyd edilməyib.

R.Cəbrayılovun MTN şefi EldarMahmudovla əlaqələrinizin olmasından və hətta şəxsi avtomobilinə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilirdi.

Mətbuat səhifələrində onun erməni qohumluğunun olması iddiaları da səslənib.Bir sözlə, Rafael Cəbrayılov adını

internetdə axtarış verəndə qalmaqallı, neqativ məlumatlarla qarşılaşırsan.Ondan nə Şirvan, nə Binəqədi seçiciləri yarayıb.

Bütün bunlardan sonra növbəti seçkidə R.Cəbrayılovun parlamentə buraxılacağı inandırıcı görünmür.Adı bu qədər dələduzluq işlərinə qarışmış deputation “qara siyahı”da olduğu iddiaları var.

Onun mövqeyini işıqlandırmağa hazırıq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.