Gəncə Dövlət Universitetində saxta diplom verirlər ?- İTTİHAM/FOTO və VİDEOFAKT

10-10-2019, 19:01           
Gəncə Dövlət Universitetində saxta diplom verirlər ?- İTTİHAM/FOTO və VİDEOFAKT
Teref.az -ın elektron poçtuna Gəncə Dövlət Universiteti ilə bağlı maraqlı sənədlər daxil olub. DİM-in arayışından məlum olur ki, Taliyə Mirzəliyeva heç bir 2000/2001-ci tədris ilində imtahan verib və heç bir təhsil müəsisəsinə daxil olmayıb. Lakin Gəncə Dövlət Universiteti rektorun imzası ilə 2005-ci ildə Taliyə Mirzəliyeva GDU-nu qurtardığı və İbtidai təhsilin pedoqogika və metodikası ixtisasına yiyələndiyi haqda diplom verib.
1-2000/2001-ci tədris ilində ilk dəfə DİM-də qəbul imtahanında iştirak edən şəxs və heç bir təhsil müəsissəsinə daxil olmadığı halda necə olur ki 2000-ci ildə universitetə qəbul olur?! ( İlk dəfə 2001- ci ildə DİM-ə sənəd verib)


2-Taliyə Mirzəliyevanın 2000-ci ildə Gəncə Dövlət Universitetinə qəbul olunması, oxuduğu müddətdə imtahan sessiyalarının nəticələri və 2005-ci ildə həmin müəssisəni bitirməsi haqqında əmr və sənədlər.
3-Təhsil Nazirliyində 2005-ci ildə Gəncə Dövlət Universitetini bitirən tələbələrin siyahısında Taliyə Mirzəliyevanın adının olub-olmaması və Təhsil Nazirliyində onun adına hansı nömrəli diplomun olub-olmaması araşdırılsın.
4-Taliyə Mirzəliyevanın özünün dediyi kimi 2005-ci ildə Rusiyada yaşayıb və yalnız 2006-cı ildə Azərbaycana dönüb. Diplomun verilmə tarixi isə 2005-ci ildir. Burada olmaya-olmaya və sessiya imtahanlarını və dövlət imtahanını verməyərək o, həmin ildə necə diplom ala bilərdi?
5-2002-ci ildən orta məktəbdə işləyən Taliyə Mirzəliyevanın universitetin sessiya imtahanlarında iştirak etmək üçün məktəbə təqdim etdiyi arayışların surəti hardadır?
6-2000/2001-ci tədris ilində ilk dəfə DİM-də hansısa təhsil müəssisəsinə qəbul olmaq üçün imtahanda iştirak edən şəxs (heç bir təhsil müəssisəsinə qəbul olmayıb) necə olur ki, 2000-ci ildə Gəncə Dövlət Universitetinə qəbul olub?! Qanuna görə əvvəlki illərdə, yəni 1999/2000-ci tədris ilində DİM vasitəsilə hansısa təhsil müəssisəsinə qəbul olan şəxs sonrakı illərdə təhsil ala-ala təkrar DİM-də imtahan verə bilməz.
Rza Rzayev.
Teref.az olaraq saytımıza təqdim olunmuş Azərbaycan Dövlət İmtahan Mərkəzindən verilmiş arayışdan görünür ki, Taliyə Mirzəliyeva 2000/2001-ci il bakalavr pilləsi üçün imtahanlara girmiş və heç bir təhsil müəsisəsinə qəbul olmamışdır.
Lakin fakt odur ki, DİM-in dediyi deyəsən özü üçündür, Gəncə Dövlət Universiteti 2005 ildə Taliyə Mirzəliyeva GDU-nu qurtardığı və İbtidai təhsilin pedoqogika və metodikası ixtisasına yiyələndiyi haqda diplom verib. Xanim bu diplomla 220 saylı məktəbdə sinif müəlliməsi işləyir.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.