Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM

18-10-2019, 09:58           
Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM
Bu yaxınlarda Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bununla əlaqədar olaraq, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Təhsil Nazirliyinin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olmuşlar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən azad edilib. Buna oxşar pulyığma prosesləri Gəncə təhsilində daha acınacaqlı şəkildə davam etməkdədir.Belə ki, 2019/2020 -ci tədris ili başlayan andan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və Təhsil üzrə Ərazi Maliyyə İdarəsinin müdiri Fərahid Qəhrəmanov ayrı-ayrılıqda məktəb direktorlarını toplayaraq tarifikasiya üçün məktəb üzrə siniflərin sayına uyğun olaraq, hər sinifdən 40 manat toplanmasını tapşırmışdır.Bu tapşırıq bütün şəhərdə geniş əks-səda yaratmışdır. Hətta marketlərdə, müxtəlif ticarət obyektlərində valideynlər dərs ili başlayan kimi problemlərin də başladığını bildiriblər.Bu tapşırığı canfəşanlıqla yerinə yetirən məktəblər 1,4,8,10,13,39,44 nömrəli məktəblərdir.108 saylı Kəlbəcər orta məktəbində baş vermış rüşvət hadisəsi ilə bağlı Təhsil Naziri Ceyhun Bayramov lazımi tədbir gördükdən sonra Fərahid Qəhrəmanov və Zakir Hüseynov yenidən məktəb direktorlarını təcili toplayaraq protokol tərtib olunmasını və belə halların guya Gəncə məktəblərində olmadığını bildirmişlər.Əgər doğrudan da Təhsil Naziri 108 saylı Kəlbəcər orta məktəbin direktoru haqqında ciddi qərar çıxarıbsa, onda Gəncə şəhər məktəblərinin əksəriyyətinin direktorlarının aqibəti ondan da pis olmalıdır. Ümumiyyətlə, son vaxtlar Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovla bağlı saxta diplom, attestat, məktəb direktorlarından aylıq pul tələb etmək, qanunsuz işə düzəltmək kimi problemlərlə bağlı rəhbər şəxslərə şikayətlər ünvanlanır, amma buna baxmayaraq o, öz işlərinə davam etməkdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. //bizimdovr.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.