Səfər Mehdiyevin nəzərinə: DGK-nın generalı Vəzir Həsənov və DGK-nın şöbə müdürünün Çexiyada göz qamaşdıran şərikli biznesi -Milyonlarla ölçülən sərvət FOTO

18-10-2019, 18:28           
Səfər Mehdiyevin nəzərinə: DGK-nın generalı Vəzir Həsənov və DGK-nın şöbə müdürünün Çexiyada göz qamaşdıran şərikli biznesi -Milyonlarla ölçülən sərvət FOTO
Teref.az olaraq yazırıq ki, medaida mütəmadi Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənovun xaricdə olan möhtəşəm var dövləti barədə yazılar gedib. Bu tənqidi araşdırma yazıların bəziləri teref.az saytındada yayımlanıb.
http://teref.az/manset/127175-sumqayit-gomruk-daresinin-reisi-general-vezir-hesenov-ve-oglunun-avropadaki-yteni-biznes-sebekesi-askarlandi-fotofakt.html
Teref.az olaraq müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən yazmışdıq ki, Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənov və oğlunun Çexiyada olan var dövləti göz qamaşdırı, alkin o bu biznesdə tək deyil və onun şərikidə var!
http://teref.az/manset/127469-sumqayit-gomruyunun-sefi-vezr-hesenovun-cex-respublikasindaki-biznesinin-dgk-inin-olan-sobe-mudu-olan-seriki-kimdir-foto.html

Qeyd etmişdik ki, Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənovun Dövlət Gömrük Komitəsində şöbə müdürü olan bir şəriki var və teref.az olaraq o şərikin adını bu yaxınlarda aydınlaşdıracayıq. Əldə etdiyimiz məlumata görə Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənovun Çexiyada şəriki Fərid Vəliyevdir. Fərid Vəliyev DGK-nin tranzit əməliyyatları şöbəsinin rəisidir.


Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev BYD İcraiyyə Şurasına (TIREB) üzvüdür.
O bu posta fevralın 7-də Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975-ci il) İnzibati Komitəsinin (AC.2) 69-cu sessiyasında seçilib.
Onuda qeyd etmək istəyiri ki, Fərid Vəliyev Z&R Sro şirkətinin təsisçilərindən biridir.


Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdırmasını və sənədləri paylaşıb.
Bu araşdırmanı və sənədləri sizə təqdim edirik:

İşdir-şayətdir, Dövlət Gömrük Komitəsinin rəhbəri birdən maraqlanar ki, bu nədir belə? Mən də dərhal cavab verərdim ki, bu peyk görüntüsü bizim gömrük generalının Çexiyadakı şəxsi gömrük postudur. O buna inanmaq istəməyəcək, ona görə də bir az obrazlı şəkildə "Azərbaycanın Çexiyadakı gömrük postu" adlandıra biləcəyimiz kompleksə aid sənədləri də əlavə edirəm.
68 evdən ibarət bu kompleks Çexiyanın Brno şəhərində, Holasice qəsəbəsində yerləşir. Kompleksin tikintisi Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu "HASAN&SONS" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin möhürü ilə təqdim olunan sənəddə evlərin və həyətyanı ərazilərin sahəsi qeyd olunub.
Yox, cənab general bu qədər işi təkbaşına görməyib, bu kompleksin tikintisində başqa gömrük məmuru ona ortaqlıq edib. Fərid Vəliyev komitənin tranzit əməliyyatları şöbəsinin rəisidir. Gəncdir, amma Vəzir Həsənov ona biznesdə "özünü təsdiq etməyin" yolunu öyrədib.
Biznesdə də general titulunu haqq edən Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət digər yaşayış kompleksi və kompleksə aid 300 kv.m.-lik restoranı və 800 kv.m.-lik ticarət mərkəzi haqqında faktları, sənədləri də bu yaxınlarda paylamışdım. Görünür, Səfər Mehdiyev belə "xırda" məsələlərlə maraqlanmır, ya da, ha oxuyub, bir şey baş aça bilməyib. Yəqin ki, bu dəfə də maraqlanmayacaq.
Başı öz başına qarışıb deyirlər...Bəlkə istefa verib?

Cavanşir Həsənli
Teref.az olaraq adları çəkilin şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az





























Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.