Qüdrət Qurbanovun sertifikat biznesi

13-11-2019, 12:35           
Qüdrət Qurbanovun sertifikat biznesi
Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov və əlaltıları Agentliyi bazara çevirib. Burada dənizçilər üçün sertifikat və sürücülük vəsiqəsi 3-5 min manata satılır.

Hətta burada ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır. Belə ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır.

Bu barədə İcmal.az saytı xəbər verir ki, əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir.

Mənbənin dediyinə görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.

Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin verdiyi məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib.

Ümumiyyətlə Qüdrət Qurbanovun adı son dövrlər bir çox qalmaqallarda hallanır. Dövlət Dəniz Administrasiyasının rəhbərinə qarşı çıxış edənlərdən biri tanınmış hüquqşünas Əyyub Kərim olub. Hüquqşünas bildirib ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib.

Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: “Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb. “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb.

Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var.

Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.

Digər tərəfdən, “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil?

Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla “Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”

Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və “Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: “Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam. Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır”.

Hüquqşünasın sözlərinə görə, Qüdrət Qurbanov bu məsələdə iki generalın adını hallandırır: “Qəmbər Səfərov mənə deyib ki, Qüdrət Qurbanov bu iki şəxsin adını hallandırır. Lakin mən inanmıram ki, iki general rütbəli şəxs bu cür işə qol qoysun.

Sadəcə öz əməllərini ört-basdır etmək, Qəmbər Səfərovu qorxutmaq üçün Bəylər müəllimlə, Namiq müəllimini adını hallandırırlar. İndi Qüdrət Qurbanovdan soruşmaq lazımdır ki, niyə bu şəxslərin adını hallandırır? Və nə vaxta qədər bu proses davam edəcək?”.

Sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil.
/reportyor.info/шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.