Biləcuvarda xalqı hökumətdən kimlər narazı salır? - Biləsuvar ovçuları Mehriban xanıma müraciət ünvanladılar

16-11-2019, 07:30           
Biləcuvarda xalqı hökumətdən kimlər narazı salır? - Biləsuvar ovçuları Mehriban xanıma müraciət ünvanladılar
Azərbaycan Respublikasının Vitse Prezidenti
Xanım Mehriban Əliyevaya
Biləsuvar rayon sakinləri və Biləsuvar rayon
ovçuları tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Mehriban xanım! Biz Biləsuvar rayon sakinləri və Biləsuvar rayon ovçuları hörmətli Prezidentimizin apardığınız daxili və xarici siyasəti və apardığınız islahatları bəyənirik və dəstəkləyirik. Biz Biləsuvarlılar fəxr edirik ki, bizim İlham Əliyev kimi Prezidentimiz var. Biləsuvar rayon sakinləri və Qarabağ əlilləri tərəfindən hörmətli Prezidentimizin və Sizin apardığınız islahatlara görə təşəkkür edirik və biz həmişə Sizinləyik.
Hörmətli Mehriban xanım! Biz Biləsuvar rayon sakinləri və həvəskar ovçular Sizə Mahmudçala və Zəvvar ov təsərrüfatlarının gəlmə bir adama satmaq istəmələri barədə məktub ünvanlamışdıq. Bəzi “işbazlar” külli miqdarda pul qazanmaq üçün bizim ov təsərrüfatlarımızı alaraq xüsusiləşdirmək istəyirlər. Öz maddi maraqları üçün xalqı hakimiyyətdən narazı salmaq istəyirlər. Belə ki, hələ bu təsərrüfatlar onlara verilməmiş, bu işbazlar öz tutduqları yüksək mövqedən istifadə edərək təsərrüfatda qazıntı işləri aparır, drenaj suları bu təsərrüfata buraxmaqla təsərrüfatı yaman günə qoyurlar. Bu “işbazlara” bu hüququ kim verib? Bunlar hansı səbəbə başqasının torpağında özbaşınalıq edirlər?
Təsərrüfatı icarəyə vermək lazımdısa, əvvəlki kimi onu Azərbaycan Respublikasının “Ovçular Cəmiyyətinə” versinlər. Ovçular Cəmiyyəti ovçular üçün bu təsərrüfatlarda lazım olan bütün şəraiti yaratmışdılar. Bu işbazlar isə təsərrüfatda olan bütün avadanlıqları və tikililəri texnikadan istifadə etməklə uçurub dağıtdılar. Başa düşə bilmirik ki, bu səlahiyyəti onlara kim verib? Bunlar kimə və nəyə arxayındırlar? Hələ torpaqları almamış, Biləsuvar rayon ovçularına, fermaçılara və rayon sakinlərinə hədə-qorxu gəlirlər. Bu işbazlar xaricdən ovçular cəlb etməklə bu təsərrüfatdan külli miqdarda pul qazanmaq və sərvətlərini daha da artırmaq istəyirlər. Artıq iki aydır ərəblər bu təsərrüfatda qanunsuz ov edirlər. Qanunsuz ov etdiklərinə görə bu yaxınlarda iki ərəb ovçunu tutaraq cərimə etdilər. Bu hərəkətlərlə onlar xalqı hakiiyyətə qarşı qaldırmaq istəyirlər. Onlara xalq, hakimiyyət yox – külli miqdarda pul lazımdır.
Hörmətli Mehriban xanım! Yaratmaq istədikləri qurumun adını da “Hərbi Ovçular İttifaqı” qoyurlar. Bu ad hansı məntiqə sığışır? Bizə hərbi ittifaq lazımdır ki, biz Biləsuvar rayon Qarabağ əlilləri, Qarabağ müharibəsi iştirakçıları, Milli Qəhrəman Mübariz İbrahimov davamçıları hərbi ittifaqda birləşərək qanımız və canımız bahasına da olsa belə torpaqlarımızı azad edək. Ova isə hərbi ittifaq lazım deyil.
Hörmətli Mehriban xanım! Biz ov təsərrüfatının kiməsə verilməsinə qəti razı deyilik. Sizdən xahiş edirik bi məsələni nəzarətə götürəsiniz və bu “işbazların” qanunsuz hərəkətlərinə son qoyasınız.
Ümidvarıq ki, bizim xahişimizi nəzərə alacaq və bu “işbazların” dərsini verəcəksiniz. Ona görə də əvvəlcədən Sizə təşəkkür edirik.
Hörmətli Mehriban xanım! Sizin dəstəyinizə böyük ehtiyacımız var!

Biləsuvar rayon sakinləri və Biləsuvar rayon ovçuları.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.