Qüdrət Qurbanov təşvişə düşüb

18-11-2019, 15:32           
Qüdrət Qurbanov təşvişə düşüb
Bu yaxınlarda aktualxeber.az saytında ””Tərəqqi” medallı məmurun intihar cəhdi” və “Dövlət Dəniz Agentliyində FETÖ izi” başlıqlı məqalələrimiz getmişdi. Məqalələrdə deyilirdi ki, həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içdiyinə görə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Ü.Həsənovun nazirliklərdən birinin iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunan əməkdaşı olmasından bəhs olunsa da, əslində onun kimliyi açıqlanmamışdı. Həmin şəxs isə sən demə bir vaxtlar Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun köməkçisi və sağ əli olmuş Ülvi Həsənov imiş…
Xatırladaq ki, bir neçə il bundan əvvəl Ü.Həsənova Q.Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə yüksək mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Q.Qurbanovun adına deyildi, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də onun köməkçisi Ü.Həsənov olmuşdu və əlbəttə ki, o bütün danışıqları şefinin adından aparmışdı. Hətta sakinlərlə dava edib polisə düşəndə də şefi onu qoruya bilmişdi. Aktualxeber.az-a daxil olan məlumatda bildirilirdi ki, ölkədə baş verən son kadr dəyişikliklərindən sonra Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov nəzarətindəki biznes sahəsini Türkiyəyə köçürməyə başlayıb. Q.Qurbanov qazandığı milyonları gələcəkdə itirməmək üçün orada “Smart” MMC şirkəti vasitəsi ilə müxtəlif biznes sahələrinə, əsasən də turizm və otelçilik biznesinə girişib. Məlumatlara əsasən DDA rəhbərinin nəzarətindəki “Smart” MMC şirkəti 10 ildir fəaliyyət göstərir və bu şirkət hazırda ölkəmizdə də turizmlə bərabər, təmir-tikinti işləri ilə də məşğuldur. “Smart” MMC şirkətinə Q.Qurbanov keçmiş köməkçisi Ülvi Həsənov və qardaşı vasitəsi ilə nəzarət etdiyi deyilir.
Daha sonra məlumatlarda bildirilir ki, bir müddət əvvəl Q.Qurbanov Ü.Həsənovla aralarında yaranmış problemə görə köməkçisini vəzifədən azad edərək, şirkətə də olan nəzarətdən mərhum etmişdi. Verilən məlumata görə Q.Qurbanov onun şəxsi sirlərinin bilən Ü.Həsənovu bir müddət məcburən yenidən yanına gətirərək, ştatdan kənar köməkçisi də təyin edibmiş. Ondan ehtiyat edən Q.Qurbanov onu sadəcə yanında saxlayırmış. Həmçinin Ülvi Həsənovun adına olan biznes və obyektələrin onun adından çıxarılması üçün də işlər aparırmış. Buna baxmayaraq Q.Qurbanovun Ü.Həsənovdan tam qurtarması imkansız kimi görünür. Mənbə bildirib ki, Ü.Həsənovun sahib olduğu bilgilər Qüdrət Qurbanovun ondan asanlıqla yaxa qurtara bilməyəcəyini qaranti edir. Buna görə də biznesini xilas edib Türkiyəyə köçürməklə məşğul olmasına baxmayaraq Q.Qurbanov özünü Ü.Həsənovun qarşısında çıxılmaz vəziyyətdə hiss edir. Çünki onun FETÖ-yə bağlı olan müavinlərindən birinin sirrinin keçmiş köməkçisi tərəfindən açıqlana biləcəyindən ehtiyatlanır. Vaxtilə bu sirrin açılmasını Ülvi Həsənov istəsə də şefi buna imkan verməyibdi. Göründüyü kimi ötən ay aparılan və hələ də davam edən kadr islahatları, eyni zamanda “korrupsiya nəhəngləri”nin cəzalandırılmasından sonra öz gələcəyindən narahat olan Qüdrət Qurbanov sərvətini xilas etmək çabasındadır. DDA şefi Azərbaycanda bir məmurun maaşı ilə qazanılmasının mümkünsüz olduğu milyonluq şirkətlərini bu yolla aradan çıxartmağa çalışır. Cənab prezidentin daim xaricdə yaşayan həmvətənlərimizi ölkəyə sərmayə qoymağa çağırdığı bir vaxtda dövlətin mühüm postunda əyləşən Q.Qurbanovun öz şirkətlərini və sərmayələrini xaricə daşımasına nə ad vermək olar? Ümidvarıq ki, növbəti kadr islahatları Qüdrət Qurbanovdan da yan ötməyəcək və o, öz layiqli cəzasını alacaqdır.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.