Cənub meşələrinə düşmən məmurlar – Foto/Fakt

21-11-2019, 22:45           
Cənub meşələrinə düşmən məmurlar – Foto/Fakt
Yardımlı, Cəlilabad və Masallı meşələri intensiv şəkildə məhv edilməkdədir. Rayon sakinlərinin və ekologiya işçilərinin AzToday.az-a verdiyi məlumatlardan aydın olur ki, meşələr məhz Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin merkantil maraqları səbəbində amansızcasına qırılır. Sakinlər hesab edir ki, sanki ermənilər Masallı rayonunu işğal edib, meşə sərvətlərini darmadağın edirlər. Çünki meşə təsərrüfatının rəhbər işçiləri meşələrin məhv edilməsi prosesində çox tələsirlər.

AzToday.az-a daxil olan məlumatlarda bldirilir ki, Masallı regional Meşə Təsrərrüfatının rəhbəri Mustafa Əhmədovun meşələrə düşmən kəsilməsinin səbəbini anlaya bilmirlər.

Belə ki, Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayındakı meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar. “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerlə bir edib. 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb.

Məlumatda bildirilir ki, Masallıda viran qoyulan meşələrin yaxınlığında ağac emal edən sexlər çoxalmaqdadır. Rayonun Xocavar və Binə Xocavar kəndləri ərazisində onlarla sex fəaliyyət göstərir. Bu sexlər də təbii ki, yerli xammalla işləyirlər.

Maraqlıdır ki, Sovetin əfsanəvi rəhbəri Stalinin əmsi ilə Masallıda salınan meşə zolağı belə Ekologiya işçilərinin tamahına hədəf olub. Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Belə ki, rayonun Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur.

Qeyd edək ki, sakinlər və media orqanları cənub rayonlarının meşələrinin məhv edilməsi ilə bağlı davamlı olaraq Muxtar Babayevin rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər etsələrdə heç bir tədbir görülmür. Görünür, Muxtar Babayev və Nazirliyin Meşə Departamentinin rəhbəri Ağaqardaş Qaraşov meşələr hesabına qısa müddətdə böyük imkanlar əldə etmək istəyir…

































Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.