Səməd Seyidova başağrı namizəd kimdir? – Qazaxda toqquşma…

19-01-2020, 09:20           
Səməd Seyidova başağrı namizəd kimdir? – Qazaxda toqquşma…
107 saylı Qazax seçki dairəsi ən qaynar qazanlardan biri hesab oluna bilər. Reportyor.info-nun verdiyi xəbərə görə, dairədə əsas rəqabət iki namizəd arasında gedəcək.

Onlardan biri müəmmalı şəkildə Bakıdakı dairələrdən yox, Qazaxdan namizədliyini irəli sürmüş keçmiş deputat Səməd Seyidovdur.
Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr olmuş S.Seyidov gözlənilmədən Qazaxdan seçkiyə qatılıb.

O, 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat olub. İndi həmin dairədə əsas namizəd Qüdrət Həsənquliyevdir. S.Seyidovun isə Qazaxdan namizəd olması bu günə kimi qaranlıq qalır.

Bəzi ekspertlərin fikrincə, onun adının Avropa Şurasında korrupsiya qalmaqalında hallanması reputasiyasını zədələyib və siyasi hakimiyyətin Seyidova münasibəti dəyişib.

Bu dairədən deputatlığa namizədlər arasında diqqət çəkən digər namizəd isə Ramil Göyüşovdur. Hətta belə demək mümkünsə, 107-ci dairədə rəqabət Seyidovla Göyüş arasında gedəcək.

“Qərb-Resurs: Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri olan R.Göyüşov Qazaxda kifayət qədər reytinqi, nüfuzu olan ictimai fəaldır.

Onun namizədliyini dəstəkləyən seçicilər heç də az deyil və S.Seyidovla başa-baş mübarizə aparacağı proqnozlaşdırılır. QHT rəhbəri bundan əvvəlki seçkilərdə də namizəd olub və yaxşı dəstək, səs alıb.

Qazaxdan gələn xəbərlərə görə, S.Seyidovun bu dairədən namizədliyini irəli sürməsi heç də seçicilər tərəfindən birmənalı qarşılanmayıb.

İndiyə qədər Qazax camaatı ilə maraqlanmayan, onun problemlərini dilə gətirməyən S.Seyidov 56 yaşında ilk dəfə Səməd Vurğunun ev müzeyini ziyarət edir.Bu da Qazax əhalisi arasında narazılıq yaradıb. Bütün bu faktlar subut edir ki,buradan deputat olmaq istəməsi çarəsizlik əlamətindən başqa heçnə deyil…

Ona Bakıdakı dairələrin birində şans buraxılmadığı üçün məcburən Qazaxı seçməli olub. Qazaxlılar isə Səməd Seyidovun üzünü bu günə qədər görməyiblər.

Ramil Göyüşova gəlincə, onun Qazax, Tovuz və Ağstafa zonasında hüquq müdafiəçisi, ictimai aktivist kimi fəaliyyəti olub, elektorat toplaya bilib. Odur ki, bu dairədə iki namizəd arasında ağır seçki marafonu olacağı gözlənilir.

REPORTYOR.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.