LERİKDƏ NƏ BAŞ VERİR ? -İLQAM CƏBİYEV YAZIR

21-01-2020, 00:04           
LERİKDƏ NƏ BAŞ VERİR ? -İLQAM CƏBİYEV YAZIR
Lerik rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov, Lerik rayonunu özünün şəxsi biznes məkanına çevirib. Lerikin inkişafı və əhalinin sosial rifahı bu şəxsi ümumiyyətlə düşündürmür.

Belə ki, tabeliyində bir neçə vəzifəli şəxs var ki, onların açıq-aşkar Rövşən Bağırovun adından rüşvət tələb etmələri sosial şəbəkələrdə uzun müddət gündəm olmuşdur. Lakin həmin şəxslər bu gün də Rövşən Bağırovun əlaltıları kimi vəzifədə qalmaqda davam edirlər. Bu günə qədər də media və mətbuatda Rövşən Bağırovun Lerik rayonunda özünün biznesmen əlaltıları ilə (əslində icra hakimiyyətində məsul şəxslərdir) rayonu necə bərbad vəziyyətə salmaları haqqında mütəmadi məlumatlara rast gəlmək olur. Kifayət qədər rayon sakinləri var ki, onlar Rövşən Bağırovun, birinci müavini Cəlil Baxşıyevin və Əlipənah Bayramovun özbaşınalıqlarından və ağa prinsiplərindən boğaza yığılıblar. Rayonda at oynadan bu üç şəxsin özbaşınalıqlarından rayon əhalisi təngə gəlib. Aidiyyatı təşkilatlara da davamlı şikayətlər göndərilməkdə davam edir.

Mən, dəfələrlə rayonun bərbad halından yazilar yazmışam və sosial mediada paylaşımlar etmişəm. Hətta rayonda çəkdiyimiz xüsusi reportajları da ictimaiyyətə təqdim etmişik. Lakin görünən odur ki, özünü rayonun ağası hesab edən Rövşən Bağırov nəinki vətəndaşların şikayətlərini qulaqardına vurub, həmçinin barəsində yayılan çəkilişləri də görməzdən gəlib. Təbii, bu Rövşən Bağırovun özünün şəxsi düşüncəsidir. Lakin inanırıq ki, cənab Prezident Lerikdə baş qaldıran narazılıqlardan tezlliklə məlumatlı olacaq və yaxın zamanlarda bu öz nəticəsini verəcək.

9 qardaş istirahət mərkəzi və bu kimi biznes mərkəzlərinin sahibi olan adı çəkilən bu şəxslər, vətəndaşlara yuxarıdan aşağıya baxmaqla, həqiqətdə özlərini Lerik rayonunun ağası elan ediblər.

Lerikin Şinəband, Orand, Nuravud, Zərdəbərə kənd yollarını gözdən pərdə asan formada asvalt salmaqla dövlətin ayırdığı 13 milyon vəsaiti göyə sovuran və lahiyə üzrə yolları məqsədyönlü şəkildə yarı asvalt, yarı palçıqlı yol olmasına baxmayaraq, təmir olunmuş kimi göstərən, Perasora və digər kəndlərdə isə kənd əhalisinin məcbur olub öz hesablarına kənlərinə yol çəkilməsini özlərinin adına çıxaran, rayonun Mərkəzi Xəstəxanasını bərbad vəziyyətə salan, 10 ildən artıqdır ki, həmin xəstəxanada yeməkxana olmadığı halda yeməkxana adı ilə dövlətdən pul alan və Leriki Quldarlıq dövrünə döndərən bu şəxslər unutmasınlar ki, ölkə Prezidenti onların bu çirkin oyunlarından mütləq xəbər tutacaq.

Artıq bu özbaşınalıqlar haqqında media nümayəndəsi olaraq geniş məlumat hazırlamağa başlamışıq. Həmin məlumatda 15 il müddətdində Lerik əhalisinin çəkdiyi zülmlər, korrupsioner vəzifəlilərin isə özlərinə və qohumlarının adına qurduqları biznes məkanları, rüşvət tələb etmə kadrları, dövlətin ayırdığı vəsaitlər hesabına hansı işlərin necə görülməsi və bir çox məsələlər əksin tapacaq. Bütün vasitələrdən istifadə edərək həmin geniş məlumatı ölkə Prezidentinə çatdırmağa çalışacağıq və əmin olun ki, çatacaq.

Bərbad vəziyyətə salınmış Lerik haqqında çox yazmaq olar. Düşünürəm ki, hələlik bu qədər bəs edər. Yazımın sonluğunu isə nida (!) ilə bitirməyi tərciyə edirəm.

Nida demişkən, bu yazının ardı var....!!!

İlqam Cəbiyev Ümid TV / Xüsusilə UTVİNFO üçün












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.