Zaqatalada YAP-çı namizədin rəqiblərinin plakatları məhv edilir - SEÇKİ QANUNSUZLUĞU/FOTO

21-01-2020, 00:29           
Zaqatalada YAP-çı namizədin rəqiblərinin plakatları məhv edilir - SEÇKİ QANUNSUZLUĞU/FOTO
Zaqatalada hakim partiyanın namizədi üçün “rəqibsiz mühit” yaradılır.

Teref.az xəbər verir ki, “Facebook”da yaradılmış “Zaqatala news” səhifəsində 111 saylı Zaqatala-Balakən seçki dairəsində 9 fevral seçkilərində YAP-ın rəsmi namizədi olan Kamilə Əliyevanın əsas rəqiblərinin plakatlarının məhv edildiyinə dair məlumat yerləşdirilib.

Məlumata görə, həmin dairə üzrə deputalığa namizəd Rəhman Rəsulzadənin Zaqatala şəhərində müxtəlif təşviqat lövhələrinə vurulmuş 100-ə qədər plakatı yoxa çıxarılıb.

Səhifədə paylaşılan fotoda isə təşviqat lövhəsini yalnız Kamilə Əliyevanın şəklinin “bəzədiyi” görünür.\Yenicag.az\













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.