Lerikdə seçkiyə İcra Hakimiyyətinin müdaxiləsini İcra Hakimiyyətinin rəsmi saytı təsdiq edir - FOTOFAKT

21-01-2020, 00:08           
Lerikdə seçkiyə İcra Hakimiyyətinin müdaxiləsini İcra Hakimiyyətinin rəsmi saytı təsdiq edir - FOTOFAKT
Teref.az-ın poçtuna Lerik rayonunda seçkilərə hazırlıqla bağlı məqalə daxil olub. Məqalədə yazılır:
Hörmtli redaksiya, deməli, deputat kimi təqdim etməyə ürək eləmirlər, fikirləşirlər ki, Milli Məclis buraxılıb. Amma Konstitusiya Məhkəməsinin həmin qərarına görə, Milli Məclisin səlahiyyətləri saxlanılıb və onun deputat kimi təqdim edilməsində heç bir səhv olmazdı.

Bundan əlavə, yazıblar ki, “78 saylı Lerik Dairə Seçki komissiyasından Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş”. Yenə də savadsızlıq, cəhalət. Sayta nəzarət edən şəxs(lər) İqbal Məmmədova nisbətən bir az savadlı olsa da, o da belə. Axı DSK nə namizəd irəli sürür, nə namizədə səs verir, nə də namizədlərdən deputat seçir. Digər tərəfdən, “78 saylı Lerik Dairə Seçki komissiyası” sözlərinin özü yanlışdır, yəni “78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyası” olmalıdır.

Daha sonra vətəndaş tref.az-a yazır ki, amma sizə bildirmək istədiyim ƏSAS MƏSƏLƏ odur ki, icra hakimiyyətinin rəsmi saytı öz mətni ilə QANUNSUZLUĞU təsdiq edir: “78 saylı Lerik Dairə Seçki komissiyasından Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İqbal Məmmədov, YAP Lerik rayon təşkilatında yaradılmış seçki qərargahının üzvləri” Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla yanaşı ziyarət edirlər. Dövlətin resursu – Lerik Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı “78 saylı Lerik Dairə Seçki komissiyasından Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İqbal Məmmədov, YAP Lerik rayon təşkilatında yaradılmış seçki qərargahının üzvləri”nin sözçüsü kimi çıxış edir. Özü də xalqımızın bu əziz günündən istifadə edərək. Diqqətə almaq lazımdır ki, təqdimatı da deputat kimi deyil, yalnız deputatlığa namizədliyi irəli sürülmüş şəxs kimidir. Sayta bu cümlələrin yazılmasına da ərazi idarəetmə şöbəsinin müdirinin kömək etməsi ehtimal olunur.

Bu qanunsuzluğu imkanlarınızdan istifadə edərək ictimailəşdirilməsini təklif edirik.
Teref.az olaraq biz vətəndaşın xahişini nəzərə alaraq bu yazını içtimailşdirdik və qarşı tərəfində fikirlrini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.