"Bazar Store"da biabırçı hadisə... - Satılan lokumdan qurd çıxdı

21-01-2020, 10:56           
"Bazar Store"da biabırçı hadisə... - Satılan lokumdan qurd çıxdı
"Bazar Store" mağazalar şəbəkəsində istifadəyə yararsız şirniyyat satılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə redaksiyamıza şikayət daxil olub. "Bazar Store" mağazalar şəbəkəsinin Masazır filialından “Can-Pa” firmasına aid Badamlı lokum alan müştəri gözlənilməz hadisə ilə rastlaşıb: "Ailəvi qonaq gedirdim, "Bazar Store" dan çəki ilə lokum aldım. Süfrədə lokumla çay içdiyimiz vaxt üzərində qurdların gəzdiyini gördüm. Diqqətlə baxdıqda gördüm ki, lokumun üstündəki badam ləpələrinin demək olar ki, hamısında qurd var. Qonaq getdiyim yerdə belə hadisənin baş verməsi olduqca pis haldır. Bu vaxt telefonun video kamerası ilə həmin görüntüləri qeyd etdim".
Məsələ ilə bağlı "Bazar Store" mağazalar şəbəkəsinin Masazır filialı ilə əlaqə saxladıq. Mağazadan bildirdilər ki, bəhs edilən lokumları üzərində yoxlama aparılıb ancaq, heç bir mənfi hala rast gəlinməyib.
Həmin görüntüləri təqdim edirik:
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.