Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır- VİDEO

23-01-2020, 00:44           
Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır- VİDEO
Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır

Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı redaksiyamıza yerli sahibkarlardan şikayətlər daxil olub. İcra başçısından şikayət edən sahibkarlar deyirlər ki, onlara məxsus torpaq və obyektləri zor gücünə əllərindən alan M.Məmmədov özünün yaxın adamı olan Qorxmaz adlı şəxsə verir. Cənab Prezidentin sahibkarlara daim dəstək verdiyi indiki zamanda Müstəqim Məmmədovun bu əməlindən cana doymuş sahibkarların etiraz aksiyalarına əl atacaqları deyilir.

Aktualxeber.az saytının redaksiyasına müraciət edən Ağdam rayonu Təzəkənd kənd sakini Abışov Tiflis Qarakişi oğlu da həmin narazı sahibkarlardandır.O, ərizəsində yazır: “1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşəm. Həmin ildən Tərtər rayonunda 4 yol adlanan ərazidə boş və yararsız olan torpaq sahəsini abadlaşdıraraq kiçik sahibkarlıqla məşğulam. Bu 17 il ərzində kiçik tikinti işləri aparmışam, meyvə ağacları əkmişəm. 2019-cu ilin oktyabr, noyabr aylarında Tərtərin icra başçısı Müstəqim Məmmədovun himayədarlığı ilə Məhərrəmov Qorxmaz və onun ailə üzvləri mənə aid olan torpaq sahəsini və tikintimi zorla əlimdən alıblar. Tərtər icra başçısının müavini Abbas adlı şəxs və memar Tofiq müəllim bizə dəfələrlə bildirir ki, “sizə pul verək ərazini Qorxmaza təhvil verin. Bu cənab başçı M.Məmmədovun göştərişidir”. Həmin ərazidə Məhərrəmov Qorxmaza icra başçısı mənim istifadəmdə olan sahədən 220 qat artıq torpaq sahəsində istədiyi obyektin tikintisinə icazə vermişdir. Rayonda hamı icra başçısıyla Qorxmazın həmin obyektlərə şərik olduğunu birdirirlər. Bundan əvvəl Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər yuxarı instansiyalara dəfələrlə şikayət etmişəm. Buna baxmayaraq icra başçısı özbaşınalığını hələ də davam etdirir. Xahiş edirəm ki, bu işi ictimailəşdirəsiniz ki, əlaqədar orqanlar bir tədbir görsünlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.