"Çingiz Qənizadə mələk cildinə girməsin..." - Seçiciləri deputata ÇAĞIRIŞ ETDİ

23-01-2020, 18:10           
"Çingiz Qənizadə mələk cildinə girməsin..." - Seçiciləri deputata ÇAĞIRIŞ ETDİ
Qarşıdan 9 fevral seçkiləri gəlir. Həm də bahar gəlir. Amma görünəni odur ki, bu dəfə də bizim zonaya bahar gəlməyəcək. Çünki rayonumuzda hələ də köhnə ab-havadır. Prezidentimiz çağırış etdi, bəyan etdi ki, seçiləcək deputatlar xalqın maraqlarını ifadə etməlidirlər. Amma bizim dairədə belə olmayacaq. Çünki indidən saxtakarlıq gedir". Bu barədə DİA.AZ-a İmişlidən göndərilən müraciətdə qeyd olunub.

Müraciət müəllifləri daha sonra yazır: "80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu gün mələk cildində camaatın qarşısına çıxır. Utanmır axırıncı baş verənlərdən. İndi də görüşlərini qocalarla, yaşlı qadnlarla gizli təşkil edir ki, kimsə bilməsin. Çünki camaat onu axtarar. Əgər görüşündən xəbərimiz olsa, ona deyəcək sözlərimiz var: "Şingiz Qənizadə sən mələk cildində camaatın qarşısına çıxma. Səni yaxşı tanıyırıq. Əslindeə heç tanıyıb eləmirik. 5 il deputat oldun, üznü də görmədik".

Qeyd edək ki, müraciət müəllifləri daha ağır ifadələr işlədirlər ki, bu da etik və jurnalistika normaları baxımından ictimailəşdirilə bilməz.

Sakinlər dia.az-a müraciətlərini belə bitirilər: "Hünəri varsa, seçicidən qorxmasın..."

İddia olunanlarla qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.