YAP-ın seçki qərarına məhəl qoymayan Rahim Əhmədov: Fəttah Heydərovun köməkçisi nə planlayıb? + FOTOLAR

25-01-2020, 18:28           
YAP-ın seçki qərarına məhəl qoymayan Rahim Əhmədov: Fəttah Heydərovun köməkçisi nə planlayıb? + FOTOLAR
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə seçki yarışı hərarətli keçir.

AzFakt.com xəbər veirr ki, bu dairədən hakim partiya - YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, bu dairədə ən çox diqqət çəkən məqamlardan biri də YAP-ın burada daha bir vəzifəli namizədinin olmasıdır.

O, "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri adı ilə seçkiyə qatılmış, əslində isə, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovdur. Onun, həm də nazir Kəmaləddin Heydərovun atası Fəttah Heydərovla çox yaxın olduğu sirr deyil.

Maraqlıdır, R.Əhmədov YAP-da mühüm vəzifə daşıdığı halda partiyanın qərarını niyə gözardı edib? O, 16 saylı dairədə seçkiyə qatılmaqla nəyi planlayıb? Bu vəziyyəti partiyanın rəhbərliyi, yaxud Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva necə qarşılayır?

Hər halda bu sualların cavabı seçki gününə qədər açıq qalacaq.

Seçki.net-in xəbərinə görə isə, Ramin Əhmədov həm də Azərbaycan Ağsaqqallar Şurası sədri Fəttah Heydərovun köməkçisi, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktorudur.

Sayt Ramin Əhmədovun qlamur həyat tərzi keçirməsi ilə bağlı maraqlı fotolarda paylaşaraq, daha sonra belə yazıb: "Qeyd edək ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonunda çoxlu sayda obyektlərə nəzarət edən administrator kimi hallanır. Dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam edən Ramin Əhmədov qlamur YAP-çı kimi tanınır" (Mənbə: aqreqator.az

Onu da qeyd edək ki, bu dairədən Müsavatın namizədi BDU-nun professoru Almaz Məmmədovadır. Digər fəal namizəd isə "Real"dan Erkin Qədirlidir..

Mənbə:Mia.az


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.