Göyçay Dövlət və İdarəetmə Kollecindən ŞİKAYƏT VAR

26-01-2020, 10:24           
Göyçay Dövlət və İdarəetmə Kollecindən ŞİKAYƏT VAR
Bir qurup Göyçay Dövlət və İdarəetmə Kollecinin tələbələri dosye.org-ın elektron ünvanına şikayət xarakterli məktub ünvanlayıb. Tələbələrin xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Biz Göyçay Dövlət və İdarəetmə Kollecinin bir qrup tələbəsi olaraq sizə müraciət etməyə məcbur olduq.Kollecimizdə qış imtahan sesiyası başlayıb.Cox qısa zamanda Kollecdə imtahanların keçirilməsin zamanı bəzi tələbələri dərs davamiyyətini aşması ilə əlaqədar imtahana buraxmadılar.Hansı ki biz fənni tədris edən müəllimlərlə və sinif nümayəndələrilə bunu dəqiqləşdirəndə limiti aşmadığımızı demişdirlər.

Bizi öz şəxsi işləri üçün göndərib dərsdə olmamağımıza səbəb olanlar sonradan sözlərinə sahib olmadılar. Sonra bəzi müəllimlər imtahan sualların keçdikləri dərsdən deyil tamam başqa mövzuların əsasaında suallar tərtib edib. Tələbələrə İmtahandan yüksək qiymət yazılmağına direktor imkan vermir. Yüksək qiymət alan tələbələrin imtahan nəticələrin ləğv edirlər. Qiymətlərindən narazı tələbələr şikayətlə münaqişə komissiyasına müraciət edəndə nəinki bu nəticələrə düzəliş edilir əksinə qiymət bir azda aşağı salınır.

Belə müraciət edən tələbələrin sayı 100-lərlə olsada heç birinə düzgün baxılmır.Əksinə müraciət edənləri direktor aşağılayıcı sözlərlə təhqir edir. Artıq onun kobudluğu hər kəsə məlumdur. Buna görə ona artıq genosid İrşad ləqəbi verilib. Amma tapşırılan hətta davamiyyəti normal olmayanlar yüksək qiymət alır. Nədi onlar ya bu adamlara işləyirlər yada xüsusi tapşırılanlardı. Müəllimlərə tapşırırlar ki aşağı qiymət yazsınlar və imtahandan kəssinlər.

Bunlara pul yığmaq üçün bəhanə olsun. Davamiyyət problemi olanlardan və imtahan kəsiri yarananlardan pul yığmaq üçün hər cür haqsızlıga gedirlər. İmtahanları 120-130 tələbə sıgan otaqlarda keçirirlər ki burda səsdən fikrini cəmləmək olmur. Sanki imtahan zalında yox cəza müəsissəsindəyik başımızın üstündəkilərdə müəllim yox nazordu. Etiraz edəndə bizi qovulmaqla təhdid edirlər. Bizi nə direktor eşitmək istəyir nə digər rəhbər işçilər. Soruşanda deyirlər axırda gətirib pulunuzu verib keçərsiz. Bura təhsil sahəsi yox sanki rüşvət bazardı. Bir imtahana görə 50-60 bəzən daha yüksək pul tələb edirlər.

Bir tələbənin belə xərci 300-350m tutur.Imtahana girən tələbələrin 80% yuxarısın kəsirlər. Burdada 1000 yaxın tələbə təhsil alır. Varlanmaq eşqi gözlərin tutub. Neçə illərdi təhsili yox pulu fikirləşən insanlar kolleci bərbad vəziyyətə gətirib. Nə bu direktorla, nədə bu ətrafı iıə uzağa getmək olmaz. Normal təhsil alıb gələcəyimizi qurmaq istəyirik. Kollecimizdə çoxlu sayda vicdanlı gözəl müəllimlərimiz var ki bu adamları əvəz edə bilərlər.Artıq tələbələr bu gediatdan bezib. Biz digər tələbə yoldaşlarımızdanda xaiş edirik haqsızlığa biganə qalmasınlar. Burdan təhsil nazirimiz Ceyhun müəllimdən xaiş edirik ki bizi bunların əlindən xilas etsin.Bu adamların təzyiqindən qaçmaq üçün adlarımızı yazmaqdan belə ehtiyat edirik . Yazdıqlarımızın nə qədər dəqiq olduğunu yoxlamaq üçün Təhsil nazirliyi nümayəndələr göndərib araşdıra bilər.

Göyçay Dövlət və idarəetmə kollecinin bir qrub tələbəsi.

REDAKSİYADAN: Məsələ ilə əlaqədar Göyçay Dövlət və İdarəetmə Kollecinin rəhbərliyi və məsul şəxsləri ilə telefon əlaqəsi yarada bilmədik. Şənbə günü olduğundan zənglərimiz cavabsız qaldı. Qarşı tərəf kimi şikayət məktubunda adı hallanan şəxs(lər) mövqeyini bildirə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.