Suraxanı rayonunda RƏZALƏT: Qəbiristanlıqlar icra başçısı üçün satılır

28-01-2020, 09:00           
Suraxanı rayonunda RƏZALƏT: Qəbiristanlıqlar icra başçısı üçün satılır
Suraxanı rayonunda vəziyyət heç də ürəkaçan deyil.

Bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Onların iddialarına görə, Dədəqorqud qəsəbə qəbirstanlığı bir neçə “ölü güdən” tərəfindən zəbt edilib. Haqq dünyasına qovuşan şəxsin yaxınlarının narazılığı demək olar ki, pikk həddə çatıb. Həsən və Mamed adlı şəxslər qəbirstsanlığı zəbt edərək, rəhmətə gedən adamların yaxınlarına istədikləri qiyməti deyirlər.

Qəsəbə sakinləri daha sonra əlavə edirlər ki, dəfn üçün yerin qiyməti olduqca yüksəkdir. Yuxarıda adı hallanan şəxslər bir insanın dəfni üçün yeri 2000-3000 manat tələb edir. Btün bunlar bir daha sübüt edir ki, hökmət daxilində bəzi qara quvvələr vətəndaşları dövlət rəhbərliyindən narazı salmaqla məşğuldur.

Əlbətdə ki, ölkə başçısı cənab İlham Əliyev rayonlara icra başçısı təyin edərkən onlara vətəndaşları incitməyəyi və eyni zamnda xalqa xidmət etməyi tövsiyə edir. Təəsüflər olsun ki, bəzi rayon rəhbərləri prezidentin tapşırıqlarını qulaqardına vuraraq öz şəxsi maraqları üçün çalışır. Yəni, Suraxanı rayon Dədəqorqud qəsəbə sakinləri neçə ki, Həsən və Mamed adlı şəxslərin qurbanına çevrilib. Bunlardan əlavə qəbirstanlıqda çalışan işçilərin heç bir əmək müqaviləsi yoxdur.

Əməkdaşlarımız araşdırma apararkən məlum olub ki, Həsən və Mamed heç də yad deyil. Onlar bir ailənin üzvü olaraq qəbirstanlığı şəxsi bizneslərinə çeviriblər. Yaxınlarının dediklərinə inansaq, onların güya icra başçısına və rayonun hüquq mühafizə orqanlarına “hörmət” etdikləri söylənilir. Bu da əlbətdə ki, bir növ vəzifəli şəxslərin adından sui-istifadə etmək kimi hesablanır. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi detalları açıqlamırıq.

Qarşı tərəfi dinləməyə hazırıq.

DOSYE.ORG













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.