Generalın kadrı Salyandan deputat seçilir? – Fotolar

28-01-2020, 16:15           
Generalın kadrı Salyandan deputat seçilir? – Fotolar
Parlament seçkilərində gözdən uzaq və iraq dairələrdən biri 59 saylı Salyan seçki dairəsidir. Reportyor.info-nun xəbərinə görə, bu dairədə Jalə Əhmədovanın qalib elan ediləcəyi gözlənilir.

J.Əhmədovanın iş yeri Xüsusi Dövlət Mühafizə Xidməti göstərilib. Nəzərə alsaq ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundovdur və generalın Salyan rayonunda böyük nüfuzu, hörməti, əlaqələri var, o halda işçisi J.Əhmədovanın mandat qazanacağı ehtimalı yüksəkdir.

Həmin dairədə AMİP-dən Gültəkin Əsgərova, YAP-dan Rəşad Hacıyev namizəddirlər. Sonuncu 12 saylı Salyan Yol sahəsi işçisidir. Həmçinin, sahibkar Ariz Mənsimov, işsiz Faiq Nəzərov, Qaz idarəsinini işçisi Vasif Hümmətov, 4 saylı məktəbin işçisi Könül Rəhimova namizəddirlər.

Jalə Əhmədova “Alyans Konsaltinq” MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb.
Jalə Əhmədova hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır. 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.