Azay Qliyev nə zamandan seçiciləri üçün əlçatan olub - Azay Quliyev dövlətin resurslarından istifadə edərək seçkiyə gedir- FAKTLAR

28-01-2020, 16:27           
Azay Qliyev nə zamandan seçiciləri üçün əlçatan olub - Azay Quliyev dövlətin resurslarından istifadə edərək seçkiyə gedir- FAKTLAR
"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyevdir. Azay Quliyevin apardığı təbliğat kampaniyasında isə dövlətin vəsaiti hesabına formalaşan QHT-lərə Dövlət Dəstəyi Şurasının bütün şəxsi heyyəti səfərbər edilib.

Faktiki olaraq kampaniya dövründə demək olar ki, illərlə QHT şurasından qrant layihələri alan, "dejunrı" QHTlər qatılıblar. Hətta şuradan maliyyə dəstəyi alan media quruluşları da prossesdə yaxından iştirak edirlər. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, dövlətin bütün inzibati resurslarından Azay Quliyevin xeyrinə sərf edilməsinə başlanılıb. Məsələ burasındadır ki, bu gün yerli inzibati resurslar hətta kampaniya dönəmində tam səfərbər olunub. Məlumat verən mənbə iddia edir ki, keçirdiyi görüşlərində seçiciləri üçün əlçatan olduğunu deyən cənab Quliyev son illərdə ilin yarıdan çoxunu xarici ölkələrdə keçirib. Deputatın seçildiyi dairədə seçiciləri üçün təmas qurmaq üçün heç bir qərargahı və ya ofisi olmayıb.

QHT Şurasının binasında isə adətən "Azay müəllim ölkədə deyil" cavabı alıb seçiciləri. Bəs o zaman sual olunur A.Quliyev daima seçiciləri üçün necə əlçatan olub?

Məlumat verən mənbə bildirir ki, ölkədə başlanan islahatlara mane olan köhnə komanda ciddi cəhdlə ona dəstək olur. Baxmayaraq ki, A.Quliyevin namizədliyi "İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Hər halda bir az nonsens də var...

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
mənbə:gündəminfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.