33 saylı Xətai birinci seçki dairəsində gərginlik - Güclü namizəddən Hüseynbala Mirələmovun yoluna ŞLAQBAUM

28-01-2020, 18:03           
33 saylı Xətai birinci seçki dairəsində gərginlik - Güclü namizəddən Hüseynbala Mirələmovun yoluna ŞLAQBAUM
33 saylı Xətai birinci seçki dairəsində gərginlik - Güclü namizəddən Hüseynbala Mirələmovun yoluna ŞLAQBAUM33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmov başın bəlaya salıb.

Bolgexeber.com-a bu barədə siyasi dairələrdə olan mötəbər mənbə məlumat verib.

Məlumata görə Hüseynbala Mirələmova hakim siyasi partiya tərəfindən stavka olunmasına baxmayaraq nəticə onun üçün arzuolunmaz da ola bilər. Bunun başlıca səbəbi isə rəqibləri sırasında tanınmış jurnalist, "MİSRA" İNFORMASİYA MÜBADİLƏSİ VƏ TƏŞƏBBÜS İCTİMAİ BİRLİYİNİN sədri Fuad Abbasovun yer almasıdır. Fuad Abbasovun məlum xidmətləri ilə nəinki Azərbaycanda, eləcə də Türkiyə və Rusiya daxil xarici ölkələrdə məşhur simaya çevrilməsi Mirələmovun parlamentə gedən yolunda “şlaqbaum”a çevrilib...

Xatırladaq ki, geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən jurnalist Fuad Abbasov dəvət olunurdu.

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Beləliklə də bu olay və sonrakı yaşantılar jurnalist Fuad Abbasovu Azərbaycan ictimaiyyəti üçün yaxından tanıtmış və sevdirmişdir.

Fuad Abbasovun bir neçə xarici dili bilməsi, məlum siyasi potensialı onun Milli Məclisdə yer almasını stimullaşdıran faktorlar sayıla bilər. Cənab prezidentin kadr islahatlarındakı meyarları da nəzərə alsaq, onda Fuad Abbasov daha cəlbedici və real naimzəd kimi diqqət çəkir.

Hüseynbala Mirələmovun isə bu meyarlardan uzaq olması bir yana, onu təmsil etdiyi dairə sakinləri də qəbul etmir... Məzahir Rüstəmov küçəsinin sakinləri yenixeber.org-un əməkdaşı ilə söhbətində Hüseynbala Mirələmovu bir millət vəkili olaraq yumşaq desək birmənalı qəbul etmədiklərini bildirdilər: “Deyilənə görə illərdir ki, Hüseynbala Mirələmov bizim deputatımızdır. Amma bu illər ərzində biz belə bir təmsilçimizin varlığından bixəbərik. Dəfələrlə görüşüb, ümumi problemlərimizi ona çatdırmaq istəsək də alınmayıb. Adamı “Gündüz çıraqla tapa bilməmişik”. İndi siə yenidən bizim səsimizi istəyir. Ehtiyacımız olanda bizim səsimizi eşitməyənə biz necə səsimizi etibar edək?”.

33 saylı Xətai birinci seçki dairəsindən deputatlıq uğrunda 12 namizəd mübarizəyə qoşulub. Bu sırada ictimai-siyası arenada tanınan digər namizəd isə həkim-stomotoloq Zəlimxan Məmmədlidir. Ekspertlər Zəlimxan Məmmədlini şanslı biri kimi dəyərləndirmirlər. Zatən cənab Məmmədli bütün parlament seçkilərinə qatılmasına baxmayaraq mandat sahibi ola bilməyib.

Beləliklə də 33-də gərginlik olacaq- Hüseynbala Mirələmovun və Fuad Abbasovun sayəsində... Başqa sözlə mandatın bu iki şəxsdən birinin olacağı qaçılmazdır.

Yenixeber informasiya şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.